Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü - (+FOTO=4)

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri kitabxananın əməkdaşı Pərvanə Qarayeva açaraq ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun birinin Azərbaycan əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmasından, ölkəmizdə əlifba islahatının aparılmasında dilçi alim, akademik Afad Qurbanovun göstərdiyi xidmətlərdəndanışdı.O qeyd etdi ki, sonrakı illərdə Prezident İlham Əliyevin 2012-ci il mayın 23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitindəzamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamı ana dilimizə verilən böyük önəmdən xəbər verir. Uşaq şöbəsinin müdiri Sevil Namazova uşaqlarda mütaliəyə maraq, vətənə, ana dilinə sevgi aşılamaq məqsədilə kitabxanada mütaliə və nağıl saatları, “ucadan oxu”u kimi tədbirlər təşkil edildiyini, oxucuların belə tədbirlərə maraqla qatıldığını vurğuladı.

Tədbir “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) radiosununəməkdaşıtərəfindən lentə alındı. Aparıcı İlahə Aslanın suallarına oxucular Bəhlul Qarayev, Fəridə Qarayeva və Hakim Qurbanov cavab verdilər. Sonda oxucu İnal Abdüləzimov Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini söylədi.

Maraqlananlar tədbiriavqust ayının ikisində saat 12.05-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ninradiosunun “Uğur” verilişi vasitəsilə izləyə bilərlər.

 

 

 

Əziz oxucular!
Avqust ayının 2-si saat 12.05-də
“Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətinin radiosunda –105 FM
dalğasında yayınlanan
“Uğur” verlişini izləməyi unutmayın!

 

 


 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !