Regionlarda kiçik və orta sahibkarlıqla bağlı "Strateji yol xəritəsi" barədə məlumatlandırma işləri... - ( +FOTO=5 )

Regionlarda kiçik və orta sahibkarlıqla bağlı "Strateji yol xəritəsi" barədə məlumatlandırma işləri... ( +FOTO=5 )

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi (SSTAA İB)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
"Strateji yol xəritəsi" barədə məlumatlandırma işlərinin aparılması”layihəsini davam
etdirir.
Layihə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak
mallarının istehsalına dair Strateji Yol Xəritəsi” barədə kiçik və orta sahibkarlıq
subyektlərinin məlumatlılığınin artırılmasından,bu istiqamətdə problemlərin
aşkarlanması və təhlilindən və regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və
xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin stimullaşdırılmasından bəhs edir.
Bu məqsədlə qarşıya qoyulan əsas vəzifələr regionlarda sahibkarlar arasinda üçün
Strateji yol xəritəsi barədə müvafiq dövlət orqanlarının KOS-ların iştirakı ilə yerli
sahibkarlar arasında məlumatlandırma xarakterli seminarlar və müzakirələr aparmaqdır.
Layihə fəaliyyətinə uyğun olaraq növbəti fəaliyyət İmişli və Beyləqar rayonlarında
həyata keçirilmişdir.
Seminarda Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri
İlqar Hüseynli açılış nitqi ilə çıxış etmişdir.Layihənin məqsədləri və nəzərdə tutulan
hədəflər barədə iştirakçıları məlumatlandırmışdır.
Daha sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin
ekspertləri tərəfindən hazırlanmış təqdimat sənədi iştirakçılara təqdim edilmişdir. "Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca
istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər, Strateji Yol Xəritəsində iqtisadi
inkişafa töhfə verə biləcək bütün faktorlar o cümlədən yerli və beynəlxalq özəl sektor
nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün nəzərdə tutulan
imkanlar,strateji baxış və hədəf dövrlər barədə iştirakçılara geniş məlumatlar
verilmişdir.Həmçinin bu fəaliyyətlərlə yanaşı təşkilatımızın təklif və tövsiyyəri təqdim
olunmuşdur.
Layihə çərçivəsində sahibkarlara “ABAD” və ,ASAN servis barədə məlumatlar
çatdırılmışdır.
Sonda seminar iştirkaçılarını maraqlandıran suallar cavablandırılmış və müvafiq təkliflər
səsləndirilmişdir.

SSTAA İB –nin Mətbuat Xidməti 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !