Narkomaniya ilə bağlı maarifləndirmə tədbirləri... - ( +FOTO=5 )

Narkomaniya ilə bağlı maarifləndirmə tədbirləri... ( +FOTO=5 )

“Ədalət və İnkişaf Naminə” uşaq və gənclərə dəstək ictimai birliyi 11.08.2009-cu il tarixində yaradılmış və 30. 04. 2010 –cu il də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır, fəaliyyət göstərdiyi bu müddət ərzində bir sıra sosial layihələri uğurla həyata keçirmişdir.
Birliyimiz milli donor təşkilatı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqələrində dəfələrlə iştirak etmiş və qalib olaraq bir sıra layihələrə imza atmışdır. Həyata keçirilən layihələr respublikanın müxtəlif bolgələrində yaşayan gəncləri əhatə etmişdir. “Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi 2019-cu ilin I qrant müsabiqəsində iştirak edərək qalib olmuş və Şura ilə təşkilatımız arasında maliyyə dəstəyinin göstərilməsi haqqında 09.04.2019-cu il tarixli, 1/13/476-452/19 saylı müqavilə imzalanmışdır.
“ Sağlam Gənclik İşıqlı Gələcəkdir”QİÇS və Narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi adlı layihə 01.05.2019-cu il tarixdən həyata keçirilməyə başlamışdır. Layihənin müddəti 3 aydır. Layihə Xətai və Xəzər rayonlarında yaşayan, fəaliyyət göstərən və ya təhsil alan yeniyetmə və gənclərin narkomaniya və QİÇS, onların dəhşətli fəsadları,insan orqanizminə,cəmiyyətə vurduğu zərərlər ilə bağlı məlumatlandırılması və könüllü müayinəsi məqsədi ilə həyata keçirilir. Bu məqsədlə tədbirin keçirilmiş və bu tədbirlərdə 500-ə yaxın yeniyetmə və gəncin iştirak etmişdir. Keçirilən hər bir tədbirdə gənclərin böyük marağı və aktivliyi müşahidə edilirdi .Tədbirlər çox interaktiv keçirdi. Beləki təlim iştirakçıları tədbir boyunca çox böyük diqqətlə Bakı Şəhər Narkoloji Dispanserinin və QİÇS Mübarizə mərkəzinin
mütəxəssislərinin fikirlərini dinləyir,onları maraqlandıran sualları səsləndirir ,öz fikir və mülahızələrini söyləyirdilər. Tədbirlər çərçivəsində Narkomaniya və QÇİS onların insan orqanizminə və həyatına təsirinin sistemli şəkildə təlim formasında təqdimatı keçirildi. Maarifləndirici bukletləri, təbliğat materialları tədbir iştirakçılarına paylandı.Narkomaniya, QİÇS və onların fəsadlarını özündə əks etdirıən videorolik nümayişi etdirildi.Mövzu haqqında daha geniş infarmasiyanı ,slaydı və videorolokləri özündə əks etdirən disklər ,bukletlər tədbir iştirakcılarına paylandı.Yeniyetmə və gəncləri maraqlandıran mövzu ilə bağlı suallar mütəxəssislər tərəfəndın cavablandırıldı.RPİ-nin əməkdaşlarının məlumatları dinlənildi. Təlimlərdə nəzərdə tutulduğundan çox yeniyetmə və gəncin iştirak etməsi problemin aktuallığının və təlimlərin yüksək səviyyədə keçməsinin göstəricisi kimi qəbul etmək olar.Təlimlər iştirakçılar tərəfindən yüksək qiymətləndirildi və bir çox təşkilat və məktəblər tərəfindən bu tədbirlərin onların müəssisələrində də keçirilməsi üçün təkliflər aldıq.

Təşkilatın sədri və layihənin rəhbəri,
Əfəndiyeva Könül Süleyman qızı
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !