Azərbaycanda yol qəzalarının sayı artıb – - Dəhşətli STATİSTİKA

Azərbaycanda yol qəzalarının sayı artıb – Dəhşətli STATİSTİKA

 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olub:

“Onlardan 342-si həlak olub, 745-i isə yaralanıb. Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olub”.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı:

 

Göstəricinin adı

2019-cu ilin yanvar-iyun aylarında, vahid

2018-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə

Bütün yol-nəqliyyat hadisələri – cəmi

822

102,0

Məkanına görə:

magistral avtomobil yollarında

85

119,7

yaşayış məntəqələrində

737

100,3

İşıqlılıq vəziyyətinə görə:

gündüz vaxtı

381

119,8

toran vaxtı

141

80,1

gecə vaxtı

300

96,2

Yol örtüyünün vəziyyətinə görə:

quru yol örtüyü

781

103,3

digər (yaş, buz və s.)

41

82,0

Zərərçəkənlərin sayı, nəfər

1087

101,2

həlak olanlar

342

110,0

yaralananlar

745

97,6

 

Rəsmi məlumatda bildirilib ki, bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi (0,7 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi (24,8 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş veriv:

“Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib. Nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib”.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !