Gənc jurnalistlər "Konflikt jurnalistikası məktəbi" çərçivəsində meşə-çöl təlimlərinə cəlb olunub - (+FOTO=10)

Gənc jurnalistlər "Konflikt jurnalistikası məktəbi" çərçivəsində meşə-çöl təlimlərinə cəlb olunub (+FOTO=10)

 AZpress.AZ xəbər verir ki, iyulun 21-dən 30-na qədər Müdafiə Nazirliyinin dəstəyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin həyata keçirdiyi "Konflikt jurnalistikası məktəbi"nin ikinci mərhələsi çərçivəsində meşə-çöl təlimləri keçirilib.

Peşəkar təlimçilərin və şərəfli döyüş yolu keçmiş zabitlərimizin iştirakı ilə auditoriya təlimləri ilə başlayan layihə meşə-çöl və paliqon təlimləri ilə davam edib.

20 gəncin iştirak etdiyi təlimlərin gedişində jurnalistlərə ekstremal şəraitdə (əsasən, müharibə şəraitində və digər ekstremal hallarda) davranış qaydaları, müsahiblərlə ünsiyyət qurmaq bacarığı, real döyüş zamanı jurnalistin mövqe tutub reportaj hazırlaması, ilkin tibbi yardım, ekstremal meşə - çöl şəraitində həyatda qalmaq, qida və su əldə etmək bacarıqları öyrədilib, o cümlədən iştirakçı gənclər silahlar və döyüş texnikaları ilə tanış olublar.

Bundan əlavə jurnalistlər cəbhəyanı kəndlərdə olub ,kənd camaatı ilə həmsöhbət olaraq onların yaşayış şəraiti ilə yaxından tanış olublar.

Hər gün axşam seminarlarında iştirakçılar arasında günün yekunlarına dair müzakirələr təşkil edilib.
10 gün davam edən təlimlərin sonunda "N" saylı hərbi hissədə yekun iclası keçirilib. Layihə rəhbəri Əlisafa Mehdiyev çıxışında təlimin ümumi gedişindən razı qaldığını və növbəti təlimlərin daha da peşəkar və yüksək səviyyədə olacağına əminliyini ifadə edib. Daha sonra "N" saylı hərbi hissənin rəhbərliyi çıxış edərək jurnalistlərə işlərində uğur arzu edib və təlimdə fərqlənən gənc jurnalistlərə hədiyyələr təqdim olunub.

Jurnalistlərimizi uğurlu təlimlərə görə təbrik edir və qələbə xəbərini yazmağı arzu edirik.

Vəzir MİRZƏYEV

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !