ADPU TGT-nin "Gələcəyin Qurucuları II" - Yay Liderlik Məktəbi Yekunlaşdı - ( +FOTO=17 )

ADPU TGT-nin "Gələcəyin Qurucuları II" - Yay Liderlik Məktəbi Yekunlaşdı ( +FOTO=17 )

Bir göz qırpımında 6 təlim gününü arxada qoyan "Gələcəyin Qurucuları" 7 avqustda - son təlim günündə də öz aktivliklərini və pozitivliklərini qoruyub, əzmlə mübarizəyə davam dedilər.
Gün ərzində isə komandalar arasında spartakiada yarışları, Kod Da Vinçi intellektual oyunu, "Dinc Dünya" Araşdırmalar Mərkəzinin rəhbəri, BDU-nun dosenti Əlisəfa Mehdiyevin "Mediada manipulyasiyalar və informasiya savaşları" mövzusunda öyrədici təlimi baş tutub.
Raquf Orucov komandasının təşəbbüsü ilə şeir müsabiqəsi ilə başlayan sosial gecədə son gün olduğu üçün komandalar məxsusi əyləncəli və həmrəylik ifadə edən təqdimatlarla çıxış ediblər.
7 günlük sosial proqramların sonunda ümumi nəticələrin nisbətinə görə Fərid Əhmədov komandası "Gələcəyin Qurucuları II" Yay Liderlik Məktəbinin qalibi olub.
Gecənin sonunda tələbələr öz arzularını yazaraq dilək şarları yandırıblar.
Avqustun 8-i isə Liderlik Məktəbinin bağlanış mərasimi keçirilib. Mərasimdə ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Sahil Qələndərov, TGT sədri Nurlan Hüseynov, ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayeva, YURD Gənclərin intellektual İnkişafına dəstək İB-nin sədri Ramin Mahmudov və LEAD EDUCATİON Tədris Mərkəzinin nümayəndəsi Eltac Cəbiyev iştirak ediblər. Rəsmi şəxslər çıxış edərək yay liderlik məktəbinin öz hədəflərinə çatmasından məmnunluq ifadə edərək artıq proqram xarakteri alan layihənin davamlı olacağına inam ifadə ediblər. Həmçinin iştirakçı tələbələr öz təəssüratlarını bölüşüblər.
Sonra bütün komandaların üzvləri yay məktəbinin məzun diplomu və LEAD EDUCATİON Tədris Mərkəzinin endirim kuponları ilə, o cümlədən intellektual turnirlərin qalibi kimi Mübariz İbrahimov komandası YURD İB tərəfindən serfikatlarla təltif edilib və maarifləndirici vəsaitlərlə mükafatlandırılıb.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !