Hər bir insanda çimərlik mədəniyyəti olmalıdır -

Hər bir insanda çimərlik mədəniyyəti olmalıdır

Hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
“Məqsədimiz çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərin sahiblərini cərimələmək deyil, onların obyektlərində çirkab sutəmizləyici qurğular quraşdırmasına nail olmaqdır.
Onun sözlərinə görə, Xəzər dənizini çirkləndirənlərə artıq kifayət qədər vaxt verilib. Verilən müddət ərzində obyekt sahibləri nöqsanları aradan qaldırmalı, təmizləyici qurğu quraşdırmalıdırlar. Xəbərdarlığımıza məhəl qoymayan, məcburi göstərişlərə əməl etməyən obyektlər isə tərəfimizdən cəzalandırılır. Sevindiricidir ki, bəzi obyekt sahibləri artıq qurğular quraşdırmağa başlayıb.
Obyekt sahibləri onu da bilməlidirlər ki, onlar tullantı suları təmizləyici qurğudan keçirdikdən sonar dənizə axıtmaq əvəzinə texniki su kimi də istifadə edə bilərlər”.
F.Əliyev onu da vurğulayıb ki, ümumiyyətlə həyata keçirilən layihələr vətəndaşlarımızın, əhalinin sağlamlığı və Xəzər dənizinin təmizliyinə nail olmaq üçündür.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !