Avropa Azərbaycanlıları Konqresi Ermənistanın baş nazirinin çıxışı ilə bağlı etiraz bəyanatı yayıb - (+FOTO=1)

Avropa Azərbaycanlıları Konqresi Ermənistanın baş nazirinin çıxışı ilə bağlı etiraz bəyanatı yayıb (+FOTO=1)

 Avropa Azərbaycanlıları Konqresi və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları Ermənistanın qanunsuz olaraq avqustun 5-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nı təşkil etməsini və baş nazir Nikol Paşinyanın həmin tədbirin açılışında bəyanat verərək “Qarabağ – Ermənistandır” söyləməsini şiddətli şəkildə pisləyir və Ermənistan tərəfinin bu cür təcavüzkar bəyanatlar səsləndirilməsinə son qoymalı olduğunu bildirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının bəyanatında Ermənistan rəhbərliyindən BMT-nin 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qərarlarının qeyd-şərtsiz və dərhal yerinə yetirilməsi tələb olunur.

Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa İttifaqına, Avropa Şurasına və ATƏT-ə göndərilib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !