Erməni qəddarlığı xarici tələbələri dəhşətə gətirdi - - ...göz yaşlarını saxlaya bilmədi

Erməni qəddarlığı xarici tələbələri dəhşətə gətirdi - ...göz yaşlarını saxlaya bilmədi

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində AIESEC beynəlxalq təşkilatının dəstəklədiyi könüllülük proqramı çərçivəsində Azərbaycana gələn xarici tələbələrlə tanışlıq xarakterli görüş keçirilib.

Eurasia Diary-nin məlumatına görə, görüş zamanı tələbələr Fondun fəaliyyəti və əhalinin həssas təbəqələrinin, xüsusən qadınlar, uşaqlar, Azərbaycanın müharibədən zərər çəkmiş bölgələrində yaşayan qaçqın və məcburi köçkünlərin inkişafına yönəlmiş bir sıra layihələrlə daha yaxından tanış olublar. İştirakçılar arasında Avstriya, İtaliya, Mərakeş, Pakistan, Rusiya, Serbiya və Ukraynadan tələbələr olub. Xarici tələbələrin sözlərinə görə, bura çoxdan gəlmək istəyirdilər və bu Azərbaycana ilk səfərləridir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev iştirakçıları salamlayıb. O, iştirakçıların Azərbaycana gəlməsinə və sosial layihələrdə iştirak etməsinə imkan verən könüllülük proqramının əhəmiyyətini qeyd edib.

 

Qeyd etmək lazımdır ki, 6 həftə ərzində tələbələr gender bərabərliyi və ekosistemin qorunması problemlərini əhatə edən 2 sosial layihədə iştirak edəcəklər.

Azərbaycanı niyə seçdikləri barədə danışan tələbələr qeyd ediblər ki, ölkəmizin mədəniyyəti və adət-ənənələri, xüsusən də Asiya ilə Avropanın kəsişməsində özünəməxsus coğrafi mövqeyi onlarda maraq oyadıb. Tələbələrdən bəziləri universitet proqramları çərçivəsində Azərbaycan haqqında çox şey eşitmişdilər və indi onlar üçün hər şeyi öz gözləri ilə görmək şansı yaranıb.

“Azərbaycan barədə öyrənməyə başlayanda bu ölkənin mədəniyyəti məni çox təəccübləndirdi və maraqlandırdı. Həmçinin qadın hüquqları və imkanlarının genişləndirilməsinə yönəlmiş layihə ilə də maraqlandım"- Mərakeşdən olan Sara Saakun deyib.

“Azərbaycana gəldim, çünki buranın necə gözəl olduğu barədə çox danışıblar. Bura gələnlərin hamısı mənə buranı məsləhət gördülər”, - deyə rusiyalı Vera Lavrentyeva bildirib.

 

“Mən Azərbaycanı seçdim, çünki artıq bir çox Avropa ölkəsində olmuşam və bu mənim üçün yeni və maraqlı bir şeydir. Azərbaycan tamamilə fərqli bir mədəniyyətə malik ölkədir, amma mənə elə gəlir ki, vaxtilə Sovet İttifaqının tərkibində olduğumuz üçün iki ölkə, Ukrayna və Azərbaycanın oxşar problemləri var və mən müəyyən dərəcədə bu ölkəni hiss edirəm ”- Ukraynadan olan tələbə Roksolana Vlasyuk deyib.

BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina təşkilatın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək təqdimatla çıxış edib. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında Əsas məşvərətçi statusunun əhəmiyyəti və beynəlxalq qurumlarla sıx əməkdaşlığın vacibliyini qeyd edib.

 

Humanitar sahədə həyata keçirilən bir sıra layihələrə toxunan Umud Mirzəyev, 1992-ci ildə yarandığı gündən bəri bu təşkilatın vətəndaş cəmiyyətinin, medianın inkişafına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkədə yaranmış qaçqın və məcburi köçkünlərlə iş sahəsində mühüm töhfə verdiyini qeyd edib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı necə əziyyət çəkdiyini və bu günə qədər cəbhə bölgələrində insanların, artıq təxminən 30 ildir ki, davamlı atışma vəziyyətində necə yaşadığından danışıb.

Daha sonra iştirakçılara Fond tərəfindən təmas xəttinə yaxın ərazidə yaşayan uşaqların həyatı və onların müharibəsiz yaşamaq istəklərini əks etdirən videoçarx nümayiş etdirilib.

 

Qeyd edək ki, videoçarxda görülənlərə heç kəs biganə qala bilməyib. Bəziləri öz ölkəsindəki oxşar hadisələri xatırladaraq göz yaşlarını saxlaya bilməyiblər.

“Bu gün biz Kosovonun Albaniyanın bir hissəsi və ya ayrı bir ölkə olduğunu dəqiq bilmirik. Məktəbdən tanıdığım rəfiqəm oxşar vəziyyətlə qarşılaşıb. Orada yaşayanların 20% -i (Kosovoda) serblərdir və onlar öz evlərində yaşamaqdan qorxurlar, buna görə də bu video mənim üçün çox təsirlidir", serbiyalı Nataşa Miloşeviç deyib.

 

“Əgər imkan olsa, həmin bölgələrə gedərik. Mən həqiqətən bunu etmək və bu insanları görmək istəyirəm. Bəlkə onların imkanlarını artırmağa kömək edə bilərik, sadəcə bir az motivasiya və ya onlara kömək olacaq bir şey edə bilərik”, - deyə Sara Saakun bildirib.

BAMF prezidenti Umud Mirzəyev isə qeyd edib ki, indi 50-dən çox ölkədə münaqişə yaşanır, 65 milyona yaxın insan qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb və öz evlərinə qayıda bilmir: «Hərbi münaqişələr barədə danışarkən təkcə Azərbaycan deyil, Serbiya, Suriya, İraq və bir sıra ərəb ölkələri haqqında da çoxlu yanlış məlumatlar var. Təəssüf ki, bu günümüzün reallığıdır, ancaq biz bu dünyanı yalnız birgə səylər ilə inkişaf etdirə bilərik”.

“İtaliyada Qarabağ münaqişəsi və ərlərini itirən qadınlar haqqında bir kitab oxudum. Kitabda Azərbaycanın işğal olunmuş ərazilərini əks etdirən xəritə vardı. Bu qadınlar indi Bakıda yaşayır və öz doğma yurdlarına qayıda bilmirlər. Bunu oxumaq çox kədərlidir, amma bütün bunları öz gözünlə görmək daha betərdir”. Bunu isə, İtaliyadan olan iştirakçı Veronika Forte deyib.

 

“Bütün bu məlumatlar və Dağlıq Qarabağın işğalı ilə bağlı söylənilənlər və düzünü desəm, bu münaqişə haqqında daha çox məlumat almaq Azərbaycana gəlməyimin əsas səbəblərindən biridir. Mən münaqişə barədə yalnız universitetdəki proqramdan və müəllimimizin sözlərindən öyrənmişəm, amma ümumiyyətlə insanlar bu barədə heç nə bilmirlər. Universitetdə bizə öyrədilənlər bu konflikti anlamağa kifayət etmir. Buna görə də bu məlumatları bizimlə paylaşdığınız üçün təşəkkür edirəm", - deyə İtaliyalı Simona Scotti bildirib.

Onu da qeyd edək ki, bütün iştirakçılar Azərbaycanın cəbhə bölgələrinə ziyarət etmək, orada yaşayan insanlarla görüşmək, hər şeyi öz gözləri ilə görmək arzularını bildiriblər.

Görüşün sonunda iştirakçılar Qarabağ münaqişəsinin real nəticələrini əyani şəkildə əks etdirən sərgi ilə tanış olublar. Dağıdılmış memarlıq abidələri və evlər, məzar daşları, Azərbaycanın işğal olunmuş ərazilərində baş verən ekoloji fəlakətin nəticələrinə heç kəs laqeyd qalmayıb.

Yaxın vaxtlarda sosial problemlər və beynəlxalq təcrübənin müzakirə ediləcəyi ictimaiyyətə açıq bir sıra sessiyaların keçirilməsi gözlənilir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !