Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar Qəbələ rayonuna səfər ediblər -

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar Qəbələ rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan layihə çərçivəsindəvalideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar qəyyumları ilə birgə Qəbələ rayonuna səfər ediblər. İlk öncə uşaqlar Binəqədi rayon parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov uşaqların yola salınma mərasimində iştirak edərək, onlara uğurlu yol və xoş istirahət arzulayıb.
Qəbələ Regional Resurs və Təlim Mərkəzinin dəstəyi ilə təşkil olunan ekskursiyada uşaqlar Qəbələ rayonunun görməli yerləri, tarixi abidələri, eləcə dəQəbələdə məskunlaşan udin tayfalarının Nic qəsəbəsinə səfər edərək onların tarixi, mədəniyyəti barədə geniş məlumat əldə ediblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !