Təzəpir in imamı: - Hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil

“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil

Hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil.

Bunu "Təzəpir” məscidinin imamı Mircəfər Eyyubov bayram namazından sonra deyib.

O bildirib ki, bayram namazı saat 09:00-da başlasa da, sübh tezdən məscidə yüzlərlə insan axışıb:

"İnsanlar bayram namazından öncə ibadət ediblər. Onlara dinin, imanın gözəlliyindən, dürüstlükdən bəhs edən ibrətamiz hekayələr danışılıb”.

M.Eyyubov qeyd edib ki, Qurban bayramı Həcc ayinlərindən biri sayılır:

"Bu gün hacıların qurban kəsməsi vacibdir. Ümumilikdə isə hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil. İnsanlar bu bayramın fəlsəfəsinə uyğun olaraq bir-birilərinə yardım edirlər. Kəsilən qurbanların isə imkansız ailələrə verilməsi daha məqbul hesab edilir.

Allaha yaxın olmaq, Allahın buyurduğu kimi yaşamaq, insanlara faydalı olmaq ən gözəl ibadətdir”.(oxu.az) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !