Qızıl bəzək əşyalarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb - (ViDEO+FOTO=4)

Qızıl bəzək əşyalarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb (ViDEO+FOTO=4)

Gömrük əməkdaşları külli miqdarda qızıl bəzək əşyalarının gömrük sərhədindən bəyan etmədən
keçirilməsi cəhdinin qarşısını alıblar.
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat
əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə
etdiyi “Mercedes-Benz E240” markalı avtomobil saxlanılıb və həmin şəxs sorğu-sual olunub.
Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan
edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobilə gömrük baxışı zamanı minik
maşınının mühərriki saxlayan hissəsində 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkarlanıb.
Daha sonra avtomobilə baxış davam etdirilib və minik maşınının kondisionerinin iş rejimini
təşkil edən hissəsində də 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkar olunub. Eyni zamanda,
mühərrikin qapağı açılaraq orada da silindir şəklində olan əşyanın içərisində 1 ədəd bağlamada
qızıl-zinət əşyalarının saxlandığı müəyyən edilib.
Beləliklə, aşkar olunan malların qızıldan hazırlanmış 101 ədəd kulonla birlikdə boyunbağı, 50
ədəd tək boyunbağı, 115 ədəd qolbaq, 489 cüt sırğa, 227 ədəd üzük, 9 ədəd sırğa-üzük dəsti, 60
ədəd üzük-sırğa-kulon dəsti, 166 ədəd kulon, 3 ədəd saat, 1 ədəd üzük-bilərzik dəsti, 10 ədəd
sancaq və 1 ədəd sırğa-kulon-boyunbağı dəsti olduğu müəyyən edilib.
Bu zərgərlik məmulatının qablaşdırılması ilə birlikdə ümumi çəkisi isə 4148 qram təşkil edib.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !