İradə Gülməmmədova Fatmayı kənd sakinləri ilə görüşdü - (+FOTO=7)

İradə Gülməmmədova Fatmayı kənd sakinləri ilə görüşdü (+FOTO=7)

 AZpress.AZ xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Fatmayı kəndinin sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova əvvəlcə ölkədə və rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərindən danışaraq bu layihələrin bundan sonra da davam edəcəyini vurğulayıb. Fatmayı kənd sakinləri ilə bundan önçəki görüş zaman qaldırılan problemlərin böyük əksəriyyətinin həll olunduğunu deyən İ.Gülməmmədova bildirib ki, səyyar qəbulların keçirilməsində məqsəd sakinlərin problemlərini yerindəcə həll etmək, onlar tərəfindən edilən müraciətlərin reallaşdırılmasıdır.

Sonra Abşeron RİH başçısının Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif Haqverdiyev hesabat xarakterli məruzə ilə çıxış edərək görülən işlər və qarşıda duran vəzifələrdən danışıb.

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə cənab Prezident İham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sakinlər əsasən yeni salınmış küçələrə su, işıq xəttlərinin çəkilməsi və digər bu kimi məsələlərdə köməklik göstərilməsini xahiş ediblər.

İştirakçılar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerindəcə həll edilib, vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !