Dəridən-qabıqdan çıxırlar ki, kimsə onlara Galenvagen alsın -

“Dəridən-qabıqdan çıxırlar ki, kimsə onlara “Galenvagen” alsın”

 Xalq artisti Nisə Qasımova dəbdəbəli həyatları ilə gündəmə gələn şou-biznes üzvlərindən danışıb. Müğənni “Show News” proqramına qonaq olarkən təkəbbürlü həmkarlarını tənqid edib:

“Geyimlərimin qiymətlərindən heç vaxt danışmamışam. Özümü bu cür tanıtmamışam. Mənə elə gəlir ki, 5 manatlıq parçadan da gözəl libaslar hazırlatmaq olar. Ümumiyyətlə, təkəbbürlü olmaqdan xoşum gəlmir. Bahalı geyimləri, maşını ilə öyünənlərdən acığım gəlir.

Məndə maşınların kralı olub. Heç vaxt bunu dilə gətirməmişəm. Bunların arzusunda olan insanlar var. Bir-biriləri ilə bəhsə girirlər, dəridən-qabıqdan çıxırlar ki, kimsə onlara “Galenvagen” alsın. Elələri var ki, bu maşının həsrətindəndir. Onları qıcıqlandırmayaq, lazım deyil”.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !