Daha 124 min suriyalı məcburi köçkün vəziyyətinə düşdü -

Daha 124 min suriyalı məcburi köçkün vəziyyətinə düşdü

 Qurban bayramı günlərində Türkiyə ilə sərhədin yaxınlığında yerləşən qaçqın düşərgələrinə Suriyanın şimal-qərbindən, İdlib gərginliyin azaldılması zonasından 124 min sakin köçmüşdür. "Anadolu” agentliyi xəbər verir ki, əhali Suriya hökumət ordusunun və Rusiya qoşunlarının ardı-arası kəsilməyən hücumları ucbatından kütləvi şəkildə döyüş əməliyyatları rayonlarını tərk edir.

Əldə olan məlumata görə, Prezident Bəşşar Əsədin ordusu Xan Şeyxun şəhərinə doğru irəliləyir. Şəhərin əhalisi ev-eşiyini tərk etmək məcburiyyətində qalır.

Adamların bir hissəsi Türkiyə ordusunun Şimali Suriyada keçirdiyi "Fərat qalxanı” və "Zeytun budağı” əməliyyatlarının gedişində terrorçulardan təmizlənmiş rayonlara köçmüşdür. Yerli müşahidəçilərin proqnozuna görə, Səraqib və Məərrə ən-Numan şəhərləri də hava hucümuna məruz qalsa, məcburi köçkünlərin sayı 1 milyon nəfərə çata bilər.

Xatırladaq ki, ötən il sentyabrın 17-də Türkiyə və Rusiya prezidentləri Soçidə bir araya gələrək Suriyanın İdlib əyalətində hərbisizləşdirilmiş zonanın yaradılması və atəşin dayandırılması haqqında razılaşma əldə edilmişdilər. Lakin Bəşşar Əsəd rejimi sazişə riayət etməmişdir. Qarant ölkələr (Türkiyə, Rusiya və İran) Qazaxıstanın paytaxtı Nur-Sultanda Suriyaya dair danışıqların 13-cü raundunun yekunlarına görə atəşkəs rejiminin bərpası haqqında qərar qəbul etmişdi. Bəşşar Əsəd bu qərara da məhəl qoymamışdır

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !