A321 təyyarəsinin Moskva ətrafında sərt enişi nəticəsində zərər çəkənlərin sayı 74 nəfərə çatıb -

A321 təyyarəsinin Moskva ətrafında sərt enişi nəticəsində zərər çəkənlərin sayı 74 nəfərə çatıb

 "Ural Hava Yolları”na məxsus A321 təyyarəsinin Moskva ətrafında sərt enişi nəticəsində zərər çəkənlərin sayı 74 nəfərə çatıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.

Göyərtəsində 226 sərnişin və 7 heyət üzvü olan A321 Moskva-Simferopol reysini yerinə yetirirdi. Təyyarə havaya qalxan anda qağayı sürüsü ilə toqquşub. Quşların mühərriklərə düşməsi onların işində nasazlıq yaradıb. Pilotlar Ramensk rayonunun Rıbınsk kəndi yaxınlığındakı qarğıdalı tarlasına təcili eniş etmək qərarına gəliblər. Təyyarə yığılmış şassilər və sönmüş mühərriklərlə uğurlu eniş edib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb və təhqiqat aparmaq üçün xüsusi komissiya yaradılıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yaxın vaxtlarda laynerin pilotları dövlət mükafatlarına təqdim olunacaq. Kremldə onları qəhrəman hesab edirlər.

"Ural Hava Yolları” şirkətindən verilən məlumata görə, təyyarə istifadəyə yararsız vəziyyətə düşüb.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !