Bakı Gənclər Mərkəzində Hindistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib -

Bakı Gənclər Mərkəzində Hindistanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

 Bakı Gənclər Mərkəzində Hindistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunmuş tədbir keçirilib.
Tədbirdə Hindistan mədəniyyətini, adət və ənənələrini əks etdirən rəqs nümayiş olunub. Açılış zamanı Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova çıxış edərək Hindistanın Azərbaycandakı Səfirliyi ilə birlikdə təşkil olunan tədbirləri qeyd etmiş və belə özəl tədbirin Bakı Gənclər Mərkəzində keçirilməsindən məmnunluğunu dilə gətirmişdir. Daha sonra cənab səfir Vanlalvanva Bavintlunq çıxış edərək keçirilən tədbirin zəngin mədəniyyətə sahib olan xalqlarımız arasında dostluğu möhkəmləndirəcək körpülərdən biri olacağını bildirmişdir.
Tədbirin gedişində şimal-şərqi Hindistanda yerləşən Assam vilayətini təmsil edən Bihu Xalq Rəqsi qrupu öz bacarıqlarını nümayiş etdirmişdir. Rəngarəng və dinamik performansla müşaiyət olunan rəqs izləyənlərin marağı ilə qarşılanıb. Daha sonra gələn qonaqlara rəqs mədəniyyətimizi nümayiş etdirmək üçün rəqqas tərəfindən Azərbaycan rəqsi nümayiş olunub.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !