POLİS VƏ VERGİ İŞÇİLƏRİ ÖLÜMLƏ HƏDƏLƏNƏRƏK DÖYÜLÜB - +ViDEO

POLİS VƏ VERGİ İŞÇİLƏRİ ÖLÜMLƏ HƏDƏLƏNƏRƏK DÖYÜLÜB +ViDEO

 1az.az xəbər verir ki, Vergilər Nazirliyinin əməkdaşları prezidentin vergi siyasətinin icrası ilə bağlı illərdir vergi verməyən Millət vəkili İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzində vergi yoxlaması keçirilməsi məqsədi ilə 16.08.2019-cu ildə istirahət mərkəzinə gəlmişlər. Millət vəkilinin oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Əsgərov və bir qrup şəxs günorta radələrində deputatın oğlunun tapşırığı ilə vergi işçilərini döyərək ərazidən uzaqlaşdırmışdılar. Sonradan vergi işçilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə LERİK polis şöbəsinin digər əməkdaşları və rəis müavinləri, o cümlədən rəis əvəzi Müşviq Eyvazov “Relax” istirahət mərkəzinə gəlmişdir. Polis əməkdaşlarının mühafizəsi altında vergi işçiləri yoxlamağa başlamaq istədikləri təqdirdə Millət vəkilinin oğlunun və onun qardaşı və bacısı oğlanlarının “öldür” əmri ilə polis və vergi əməkdaşlarına hücum olmuşdur. Polis əməkdaşlarının vergi işçilərini mühafizə etməli olmasına baxmayaraq, nəticədə vergi işçiləri və polis əməkdaşları vəhşicəsinə döyülmüşdür. Dövlətə və onlara məxsus avtomobillər yararsız hala salınmışdır. Göründüyü kimi, Millət vəkili İqbal Məmmədova məxsus “Relax” istirhət mərkəzində nəinki qonaqlar, kənd sakinləri, İran vətəndaşlrı hətta öz vəzifələrini icra edən dövlət məmurlarının döyülməsi də adi hal almışdır.

Lerik RPŞ-dən əldə etdiyimiz məlumatlara görə, döyülənlərin arasında şöbənin və vergi orqanının rəhbər vəzifəli şəxsləri də vardır.

Əldə etdiyimiz məlumatlara əsasən artıq adı hallanan şəxslər barəsində cinayət işi başlanmış, cinayət işi üzrə nəzarət prezidentin tapşırığı ilə baş prokurora həvalə edilmişdir. Bununla bağlı adları hallanan şəxslər artıq həbs edilmişdir.

Məmurlar və onların övladları bilməlidir ki, dövlətin hesabına qazandıqları pullara güvənərək dövlətlə dövlətçilik etmək olmaz.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq…

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !