Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək ... -

Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək ...

 Bakıda 15 yaşlı qız itkin düşüb.

Trend-in məlumatına görə, ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib.

İtkin düşən qızın atası Trend-ə açıqlamasında bildirib ki, qohumlarının dediyinə əsasən, Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək aparıb:

“Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O saatlarla hansısa bir şəxslə telefonla danışırdı. Ötən gecə isə xəlvəti şəkildə çıxaraq gedib. O evin yaxınlığında avtomobilə əyləşərkən qohumlarımdan birinə rast gəlib. Qohumum ona yaxınlaşsa da, Elnarə öz kimliyini gözlədib”.

V.Əliyev qeyd edib ki, o baş vermiş hadisə ilə bağlı polisə müraciət edərək qızının telefonla kiminlə danışmasını da araşdırıb.

“Qızım itəndən sonra Sabunçi rayon 12-ci polis bölməsinə müraciət etdik. Elnarə mənim nömrəmdən əlavə, naməlum 3 nömrə ilə dəfələrlə əlaqə saxlayıb”.

Elnarənin atası əlavə edib ki, onun ailəsi çox yüksək əxlaq və tərbiyəyə malikdir, belə bir hal ilk dəfədir ki baş verir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !