Yanğının ətrafa yayılmasının qarşısı alınıb -

Yanğının ətrafa yayılmasının qarşısı alınıb

 Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-nin aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də cəlb olunub.
Yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.
Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər.
Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.
ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !