Övladım və Mən adlı layihə həyata keçirilib -

“Övladım və Mən” adlı layihə həyata keçirilib

 16-18 avqust tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti və “Əlil Qadınlar” Cəmiyyətinin dəstəyi ilə Qazax rayonunda yerləşən və “Əlil Qadınlar” Cəmiyyəti tərəfindən fəaliyyət göstərən Qazax Günərzi Qayğı Mərkəzində “Dəcəl Balam” Ailə və Uşaq Mərkəzi, “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən valideynlər və uşaqlar arasında ünsiyyət və davranışın inkişafı çərçivəsində keçirilməsi planlaşdırılan “Övladım və Mən” adlı dəstək layihəsi baş tutub.
Tədbirin ekspertləri qismində Medical Hospital və 4 saylı uşaq poliklinikasının ümumi pediatrı Lamiyə Tağıyeva, rəssam Lalə Ağayeva, Vəkillər kollegiyasının üzvü vəkil Ziya Bağırov, PTİY İB-nin sədri, AMEA-nın disertantı, kitabxana-biblioqrafiya sahəsini tədris edən müəllimə İradə Əlili, oftalmoloq Səba Bayramova, müəllimə Aytən Əskərova, "Əlil Qadınlar" Cəmiyyəti İB-nin sədri Məhluqə Rəhimova, bəstəkar Sevinc Tofiqqızı, layihə rəhbəri, "Dəcəl Balam" Ailə və Uşaq İnkişaf Mərkəzi, "Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək" İctimai Birliyinin sədri Dilşad Musa və Xəbər24 Media rəhbəri Anar Quliyev yer alıb.
Ümumi pediatr Lamiyə Tağıyeva və oftalmoloq Səba Bayramova uşaqları müayinə edib, rəssam Lalə Ağayeva uşaqlarla rəssamlığın sirlərini bölüşüb rəsmlər çəkib, vəkil Ziya Bağırov tədbir iştirakçılarını uşaq hüquqları barəsində məlumatlandırıb, İradə Əlili uşaq ədəbiyyatı, Sevinc Tofiqqızı musiqi haqqında dəyərli fikirlər səsləndirib, uşaqlara maraqlı bilgilər verib, müəllimə Aytən Əskərova uşaqların ibtidai, Dilşad Musa ingilis dili biliklərini yoxlayıb.
Tədbirin açılış nitqini “Dəcəl Balam” Ailə və Uşaq Mərkəzi və “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Dilşad Musa edib. Bundan sonra "Əlil Qadınlar" Cəmiyyəti İB-nin sədri Məhluqə Rəhimova da layihə ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. Tədbirdə, həmçinin, Qazax Rayon İcra Hakimiyyətinin baş psixoloqu Kəmalə xanım Cəfərova və Qazax Rayon Sosial Müdafiə Fondunun sosial məsələlər üzrə sektor müdiri iştirak edib.Qeyd edək ki, komanda, əsasən, sosial problemli və fiziki məhdudiyyətli uşaqlardan ibarət olub. "Övladım və Mən" layihəsi bir növ inkluziv təhsil yanaşması ilə uşaqların inkişafına dəstək xarakteri daşıyır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !