2-ci ANİMAFİLM-ə Azərbaycandan yalnız 1 film, ümumiyyətlə isə 50 ölkədən 268 müraciətdaxil olub -

2-ci ANİMAFİLM-ə Azərbaycandan yalnız 1 film, ümumiyyətlə isə 50 ölkədən 268 müraciətdaxil olub

ANİMAFİLM komandası öz film və ssenarilərini müsabiqə proqramına təqdim edən bütün iştirakçılara minnətdarlığını bildirir və xəbər verir ki,Filmfreeway beynəlxalq festival platforması vasitəsilə seçim komissiyasına50 müxtəlif ölkədən cəmi 268 müraciət daxil olub.
“Bu il ən çox müraciət ABŞ və Böyük Britaniyadan daxil olub. Çox maraqlı filmlər və ssenarilər almışıq. Amma əfsuslar olsun,Azərbaycandan müsabiqəyə cəmi bir film göndərilib, o da xaricidə yaşayan bir azərbaycanlı tərəfindən. Bu,çox xoşagəlməz haldır və bir dahaonu göstərir ki, Azərbaycanda animasiya kinosu çox ağır vəziyyətindədir. Təəssüflə bildirirəm ki, bu il“Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” müsabiqəsi baş tutmayacaq”,– festivalın direktoru Rəşid Ağamalıyev bildirib.
Festivalın seçim komissiyası bütün müraciətləri nəzərdən keçirdikdən sonra 2019-cu il avqustun 31-dək iştirakçılara nəticələr haqqında məlumat verəcək. Müsabiqə proqramına seçilmiş film və ssenarilərin siyahısı avqustun 31-dəfestivalın rəsmi www.animafilm.az saytında elan ediləcək.
XATIRLATMA

Xəbər verildiyi kimi Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda 2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq, müxtəlif vokşoplar və tədbirlər keçiriləcək, müsabiqə proqramlarına yekun vurularaq qaliblər mükafatlandırılacaq.

Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.

Builki festivalda uşaqlardan ibarət münsiflər heyəti də böyüklərlə birgə fəaliyyət göstərəcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !