Etibar Mirzəyev: Tikinti materialları bazarında baş verən yanğının sahəsi 1500 kvadratmetrdən çoxdur -

Etibar Mirzəyev: Tikinti materialları bazarında baş verən yanğının sahəsi 1500 kvadratmetrdən çoxdur

 Avqustun 22-də Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın tam söndürülüb. Yanğın üç saatdan çox davam edib. Yanğının sahəsi təxminən 1500 kvadratmetrdən çoxdur.

AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

E.Mirzəyev bildirib ki, yanğının səbəbləri barədə araşdırmalardan sonra məlumat veriləcək. Yanğının yayılma təhlükəsi yoxdur. Texnikanın sayı da artırılıb. Hadisə yerinə 32 texnika və 250-dən artıq canlı qüvvə cəlb olunub. Bazardakı yanğın zamanı ciddi xəsarət alan olmayıb. Yanğın barədə məlumat daxil olan kimi dərhal yanğın bölmələri hadisə yerinə cəlb edilib. Buraya yaxın ərazidə yanğından mühafizə bölmələrimiz var. Ona görə əməkdaşlar hadisə yerinə vaxtında çatıblar. Alov tam söndürülüb və yayılma təhlükəsi yoxdur.

Nazir müavini bildirib ki, hazırda rayonlarımızda da yanğınlar davam edir. Bunlar Lənkəran, Lerik, Yardımlı, İsmayıllı, Ağsu, Şamaxı və digər rayonlarda meşə və meşə ətrafındakı yanğınlardır. Demək olar ki, son günlər yanğınların sayı kəskin artıb.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !