Özbəkistanda Azərbaycan Xalq Respublikasının 100 illiyi münasibəti ilə Azərbaycanın Mədəniyyət.az jurnalının təqdimatı keçirilib. -

Özbəkistanda Azərbaycan Xalq Respublikasının 100 illiyi münasibəti ilə Azərbaycanın “Mədəniyyət.az” jurnalının təqdimatı keçirilib.

 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət.az” jurnalının Azərbaycan Xalq Respublikasının 100 illiyi münasibəti ilə dərc olunan “Yaşa, Yaşa Azərbaycan” adlı xüsusi buraxılışının təqdimatı olub.
İlk öncə iştirakçılara Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə jurnalın təqdimatı keçirilib. Azərbaycan Xalq Respublikasının 100 illiyi münasibəti ilə fotosərgi iştirakçılara nümayiş etdirilib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət, təhsil sahəsində çalışan mütəxəssislər, alimlər, ictimaiyyət nümayəndələri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.
Mədəniyyət Mərkəzinin Heydər Əliyev Muzeyində keçirilən təqdimat mərasimində çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi orqanı olan “Mədəniyyət.az” jurnalının xüsusi buraxılışı haqqında danışaraq,Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini, bu tarixi hadisə ilə əlaqədar Özbəkistanın paytaxtı Daşkənddə, habelə regionlarda keçirilən bütün tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyəti, onun ideyaları, xalqımızın istiqlal yolunda əldə etdiyi nailiyyətlərin geniş təbliğ olunduğunu qeyd edib. Diplomat Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi kimi Cümhuriyyətimizin, xalqımızın milli özünüdərk, öz müqəddaratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. O istiqlaliyyət ideyalarının xalqımızın yaddaşından heç vaxt silinmədiyini, müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən Cümhuriyyətimizin tədqiqi, onun ideyalarının təbliği istiqamətində layihələrin, işlərin həyata keçirildiyini qeyd edib.
Samir Abbasov jurnalda Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olduqca maraqlı materialların, faktların yer aldığını, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrin, tədbirlərin, müsabiqələrin öz əksini tapdığını söyləyib.
“Mədəniyyət.az” jurnalının baş redaktoru, Əməkdar Mədəniyyət işçisi Zöhrə Əliyeva Azərbaycan Respublikasının 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar jurnalın Cümhuriyyətimizə dair xüsusi buraxılışının hazırlanması barədə özfikirləri ilə bölüşüb,xalqımızın milli mənlik şüurunun özünə qaytarması, onun müstəqil dövlət qurmaq imkanlarına malik olduğunu sübut edən və bütün dünyaya nümayiş etdirən Cümhuriyyətimizin qazandığı uğurların jurnalda öz əksini tapdığını qeyd edib. O, bu istiqamətdə Özbəkistan ictimaiyyətinin maarifləndirilməsi, habelə xalqımızın istiqlal ideyaları, dövlətçilik ənənələri sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya çatdırılmasının olduqca vacib məsələlərdən olduğunu vurğulayıb.
Tanınmış Özbək alim-tərcüməçi Babaxan Şarifov Azərbaycan Demokratik Cümhuriyyətinin xalqın istiqlal tarixinin ən şanlı səhifəsi olduğunu qeyd edərək, bu Cümhuriyyətin davamçısı olan müstəqil Azərbaycanın dünya dövlətləri arasında inamla irəlilədiyini, böyük nailiyyələr əldə etdiyini söylərib.
Özbəkistanda azərbaycanlı alim, Beynəlxalq Akademiyanın həqiqi üzvü Almaz Məcidova dünya azərbaycanlılarının qüruru olan Azərbaycanın zəngin dövlətçilik tarixi olduğunu qeyd edib, xalqımızın qəlbində uzun illər yaşatdığı istiqlal ideyalarının gerçəkləşdirdiyini vurğulayıb. O, bu gün Azərbaycan və Özbəkistanın dünya dövlətləri arasında öz çəkisinin olduğunu, öz dəyərlərini, tarixini, mədəniyyətini yaşatdığını, inkişaf etdirdiyini bildirib.
Digər çıxışçıar filologiya elmləri üzrə fəlsəfə doktoru Gülnaz Səttarova, Özbəkistan Yazıçılar Birliyinin bölmə müdiri Risalət Muradova hər bir millət üçün istiqlaliyyətin qazanılmasının çətin və ağrılı olduğunu qeyd edərək, əldə olunan müstəqilliyin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinin vacib olduğunu söyləyiblər.
Sonda Azərbaycan Xalq Cümhuriyyəti irsinin təbliği və Özbəkistan ictimaiyyətinə çatdırılmasında xidməti olan bir sıra şəxslərə Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomları təqdim edilib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !