SABAHIN ULDUZLARI: - BALACA VAQİFİN BÖYÜK ARZULARI

SABAHIN ULDUZLARI: BALACA VAQİFİN BÖYÜK ARZULARI

 Vaqif Məmmədli çox sadə və mehriban bir azərbaycanlı ailəsində dünyaya gəlib. Atası Kamil sürücü, anası Kəmalə xanım isə evdar qadındır. Üç uşağın - İlkin, Vaqif və Diləyin tərbiyəsi ilə bağlı da əsas yükün ağırlığı məhz Kəmalə xanımın çiyinlərinə düşüb.
Biz bu ailənin bütün üzvlərini tez-tez “Sabahın ulduzları” çempionatının, respublika birinciliyinin, “Təhsil” kuboku uğrunda yarışın keçirildiyi stadionlarda görürük. Kəmalə xanım deyir ki, bizi futbol xəstəsi edən ortancıl övladım Vaqifdir:
- Sən demə, mənim balaca Vaqifimdə fitri istedad varmış. Ondakı bu Tanrı vergisini ilk görən, üzə çıxaran məşqçi Oqtay Əlizadə olub. Onun təkidli xahişləri ilə biz Vaqifi “Karvan-Bakı” uşaq futbol komandasının məşqlərinə qatdıq və belə bir qərar verdiyimizə görə peşiman deyilik, əksinə, illər keçdikcə övladımızın gələcəyinə, peşəkar futbolçu olacağına böyük ümidlərlə baxırıq.
Goranboy əsilli Vaqif 2010-cu il yanvar ayının 7-də Bakı şəhərində anadan olub. Nəsimi rayonundakı 14 saylı orta məktəbin 4 a sinfində oxuyur. Əxlaqı, tərbiyəsi yerində olan bu sarışın oğlan əla oxumasa da, qiymətləri heç də pis deyil. Amma Vaqif söz verib ki, yeni tədris ilində dərslərinə diqqəti artıracaq və futbol meydanındakı kimi, təhsildə də nümunəvi olacaq.
Vaqifin futbol düşüncəsi və icraçılıq qabiliyyəti onu yaşıdlarından ciddi şəkildə fərqləndirir. Müdafiə, yarımmüdafiə və hücüm xətlərində eyni həvəslə oynamağı bacaran Vaqif topla elə texniki hərəkətləri yerinə yetirirki, bu balaca istedada heyran qalmaya bilmirsən. 10 yaşlı Vaqifin YÜKSƏK USTALIQLA, hətta özünü usta futbolçu adlandıran böyüklərin həsəd apara biləcəyi ara ötürmələri verməsini, zərgər dəqiqliyi ilə vurduğu cərimə zərbələrini, sinəsi, başı, ayaqları ilə topu saxlamaq bacarığını seyr etmək ayrı bir zövqverici aləmdir.
İlk mükafatlarını “Sabahın ulduzları” çempionatlarında qazanan Vaqif müxtəlif əyarlı medallarla təltif olunub, “Ən yaxşı oyunçu” adına layiq görülüb. Söz yox ki, Vaqifin futbola gəlişi və inkişafı üçün məşqçi Oqtay Əlizadə böyük zəhmət çəkib. Lakin yaxşı olar ki, ilk məşqçisinin haqqı itirilmədən, halallığı nəzərə alınmaqla belə bir istedadlı uşağın bundan sonrakı inkişafı “Qarabağ”, “Neftçi”, “Sabah”, “Keşlə” kimi peşəkar klublarda davam etdirilsin. Bu keçidi yubatmaq Vaqifin ziyanına ola bilər. Ona görə də valideynlər və məşqçilər böyük arzularla yaşayan balaca Vaqifin gələcək taleyi barədə indidən düşünməli, vaxt itirmədən ən düzgün varianta uyğun seçim etməlidirlər. Əks halda Azərbaycan futbolu Vaqif Məmmədli kimi sabahın ulduzunu itirə bilər...

Mahir SÜLEYMANOV,
jurnalist, Qarabağ müharibəsi veteranı.
Fotolar müəllifindir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !