Türkiyə Rusiyanın ən müasir təyyarəsi ilə maraqlanır -

Türkiyə Rusiyanın ən müasir təyyarəsi ilə maraqlanır

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdəki son prosesləri müzakirə etmək üçün Rusiyanın prezidenti Vladimir Putinlə görüşdü. Görüşdən əvvəl MAKS-2019 Beynəlxalq Hava limanı sərgisinin açılışını gerçəkləşdirən iki lider arasında Ankara-Vaşinqton xəttindəki təzyiqi yüksəldəcək bir dialoq baş tutdu.

Ərdoğan və Putin söhbətə başlamamışdan əvvəl Jukovski şəhərindəki sərgisini gəzdi. Rus lider Putin mehmandarlığından türk heyəti, Ankaranın F-35 proqramından çıxarılmasının ardından rus dövlət müdafiə sənaye şirkəti ROSTEC-in prezidenti Sergey Çemezov tərəfindən Türkiyəyə təklif edilən Su-57 təyyarəsini gözdən keçirdi. Bu ərəfədə Ərdoğan "Biz bundanmı alacağıq?” deyə soruşanda Putin "Ala bilərsiniz cavabını verdi.

Ankara ilə Vaşinqton arasındakı bağlar Türkiyənin Rusiyadan S-400 hava hücumlarından müdafiə sistemini alması səbəbilə qopma nöqtəsinə çatmışdı. ABŞ prezidenti Donald Tramp içəridən gələn təzyiqlərə dirənərək Ankaranı ortaq istehsalçıları arasında olduğu F-35 qırıcısı proqramından çıxarmaq üçün düyməyə basmışdı.

Tramp hər fürsətdə Türkiyənin Rusiyadan sələfi Barak Obama dövründə asılı salındığını, yəni Ərdoğanın ABŞ-dan Patriot hava hücumlarından müdafiə sistemini almaq cəhdlərinin qarşısı Barak Obama tərəfindən alınmışdı. Fəqət bənzər hadisə Tramp dönəmində də baş verir.

Çünki ABD Ankaraya etdiyi 3,5 milyard dollarlıq Patriot hava müdafiəsi sistemi təklifini geri çəkdi və nə səbəblə olursa olsun, Türkiyə F-35 proqramından çıxarıldı. Bu məqamda Türkiyə öz təhlükəsizliyini qorumaq üçün Rusiyaya yaxınlaşmağa başladı.

SU-57-nin qiyməti F-35-ə nisbətən daha ucuzdur.

F-35-lərin qiyməti 80-104 milyon dollar arası, SU-57-lərin qiyməti isə 40-45 milyon dollar arasıdı

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !