İsmayıllıdakı toyda 33 nəfər zəhərlənib - - YENİLƏNİB

İsmayıllıdakı toyda 33 nəfər zəhərlənib - YENİLƏNİB

Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən AZpress.AZ-a verilən məlumata görə, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir.

Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.

***

İsmayıllı rayonunun Qəzli kəndində toy mərasimində kütləvi zəhərlənmə olub.


AZpress.AZ-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə ötən gecə Qəzli kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində baş verib.

Toyada qonaqlardan 25 nəfərin halı pisləşib, onlarda tez-tez qusma-işləmə əlamətləri olub. Toy sahibi dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Toyda zəhərlənən şəxsləri təcili xəstəxanaya gətiriblər.

Onlardan 5-i uşaq, 20 nəfəri orta yaşlı insanlardı. Zəhərlənən şəxslərdən 4 nəfərin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə, qalanları isə terapiya və uşaq şöbəsinə yerləşdiriliblər. Qonaqların meyvə şirəsindən zəhərləndiyi ehtimal olunur.

Yardım göstərildikdən sonra 10-a yaxın xəsdə ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !