Köçkünlər tələbə yataqxanalarını nə vaxt boşaldacaqlar? - Komitədən - AÇIQLAMA

Köçkünlər tələbə yataqxanalarını nə vaxt boşaldacaqlar? - Komitədən AÇIQLAMA

Bakıdakı bəzi universitet yataqxanalarında məcburi köçkünlərin məskunlaşması həmin ali məktəblərin tələbələrinə əlavə problemlər yaradır. Tələbələr məcburən kirayə ev axtarışına çıxmalı olurlar. Bu isə maddi durumu yaxşı olmayan tələbəni çətinlik qarşısında qoyur.

Bəs tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin həmin binalardan çıxarılması nə vaxt başa çatdırılacaq?.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZpress.AZ-a bildirilib ki, məcburi köçkünlərin dövlət yaşayış fonduna məxsus yeni yaşayış sahələrinə köçürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir”.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq, Bakı Dövlət Universitetinin yataqxanalarındakı köçkünlərin çıxarılması tam başa çatıb.

“Digər universitetlərin yataqxanalarında müvəqqəti məskunlaşmış köçkün ailələrinin köçürülməsi Dövlət Proqramında nəzərdə tutulub. Bu proses mərhələli şəkildə həyata keçirilir”.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !