Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün Təhsil informasiya Sisteminin yaradılması Texniki Yardım Layihəsi Icra Edilir - (+FOTO=4)

Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün Təhsil informasiya Sisteminin yaradılması Texniki Yardım Layihəsi Icra Edilir (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, 26 Avqust tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Müəllimlərin potensialının artırılması və Azərbaycan respublikası Təhsil Nazirliyi üçün Təhsil informasiya Sisteminin yaradılması Texniki Yardım (Qrant) Layihəsinin icrasının başlanmasına həsr edilmiş iclas keçirilmişdir.

KOICA, layihəni maliyyələşdirən donor təşkilatı kimiqarşıdakı 36 ay ərzində müəllim hazırlığının informasiyalaşdırılması üzrə Master Planın, Elektron Tədris Sisteminin, Multimedia Mərkəzinin yaradılması və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Data Mərkəzin avadanlıqlarla təmin edilməsinə 6 (altı) milyon ABŞ dolları ayıracaq.

Xanım Kumok Park, KOICA Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru öz çıxışında bu layihənin Koreya texnologiyasının “nou-hausu” və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycan müəllimləri və dövlət rəsmilərinin insan qaynaqlarına töhfə verəcəyini və müəllimlərin hazırlığı üçün elektron tədris sisteminin yaradılması ilə siniflərin keyfiyyətinin daha da yaxşılaşacağını qeyd etdi.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi cənab Vusal Xanlarov KOİCAya öz minnətdarlığını çatdırdı və layihə iştirakçılarının bu layihənin icrasında tam səylə çalışacaqlarına əmin olduğunu bildirdi.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !