Hansı mənbələr bizim Xəzərimizi çirkləndirir? -

Hansı mənbələr bizim Xəzərimizi çirkləndirir?

Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün təmizləyici qurğu istifafə edən obyektlərin adları məlum olub.

Oxu.Az xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək olan sahil zolağı boyunca aparılan monitorinqin nəticələrini Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov açıqlayıb.

"Son monitorinqlərin nəticəsinə görə, dənizin şimal sahilində fəaliyyət göstərən "Təhsil", "Elfaro", "Oberluks", "Palma", "Atlant" və "Liverin", Şıx çimərliyi ərazisində isə "Dostluq", "Ramada" istirahət mərkəzləri təmizləyici qurğular istismar ediblər. Digər obyektlərin hamısının bu gün də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən edilib", - deyə nazirlik rəsmisi qeyd edib.

Ə.Həsənovun sözlərinə görə, Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bütün ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da, dolayı yolla Xəzərə axıtmaqda davam edir:

"Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar".

İlhamə Əbülfət

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !