Türkiyədə külli miqdarda heroin müsadirə edildi -

Türkiyədə külli miqdarda heroin müsadirə edildi

Türkiyənin Van vilayətində 71 kiloqram heroin müsadirə olunub.
Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı narkotikin böyük bir hissəsinin müsadirə edildiyi, nəticədə 5 nəfərin tutulduğu bildirilir.

Qeyd edək ki, əvvəllər eyni əyalətdə 75 kiloqram heroin müsadirə edilmişdi. Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin ciddi bir təhlükə ilə üzləşdiyini və narkomaniya, narkotik ticarəti ilə mübarizəni sərtləşdirməli olduğunu bildirmişdi.

Narkotik istifadə etməyə başlayan Türkiyə vətəndaşlarının minimum yaşı 13, orta hesabla 36, ​​ən çoxu 65 yaşdır. 15 yaşdan 24 yaşa qədər olan Türkiyədəki narkomanlar 2.9 faiz, 25 yaşdan 44 yaşa qədər olanlar 2.8 faiz, 45 ilə 64 yaş arasında olanlar ölkə əhalisinin 2.3 faizini təşkil edir.

Türkiyədə narkomanların müalicə olunduğu 22 mərkəz var.

Son dörd il ərzində İstanbulda 300 mindən çox insan narkotik istifadəsi və satışına görə tutulub.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !