Rəsədxanada növbəti "Kosmos Yay festifalı" keçirilib - (+FOTO=9)

Rəsədxanada növbəti "Kosmos Yay festifalı" keçirilib (+FOTO=9)

 AZpress.AZ xəbər verir ki, avqustun 24-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) "IV Kosmos Yay festivalı" keçirilib. Düşərgə şəraitində təşkil olunan festivala 50 nəfər kosmos həvəskarı qatılıb.

Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Astronomiya klubu, GEO klub və Kosmologiyanın birgə təşkilatçılığı ilə reallaşdırılan təşəbbüsün məqsədi, iştirakçıların kosmos haqqında nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi olub.

Festival iştirakçılarını ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, f.f.d Ədalət Ətayi qarşılayaraq onları rəsədxananın muzeyi ilə tanış edib və muzeydəki ekspanatlar haqqında ətraflı məlumat verib.

Muzeylə tanışlıqdan sonra iştirakçılar, müəyyən edilmiş düşərgə ərazisinə aparılaraq onlar üçün nəzərdə tutulmuş çadırlarda yerləşdirilib.

Sonra kamp ərazisindən meşəyə yürüş təşkil edilib. Təbiət gəzintisindən sonra iştirakçılar ŞAR-ın konfrans zalına yollanıb. Konfransda f.f.d Ədalət Ətayi Astronomiya elmi - kosmos haqqında maraqlı məruzə ilə çıxış edib. Böyük marağa səbəb olan məruzənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.
Konfransın ardınca ŞAR-ın 2 m-lik teleskopunun binasına aparılan festival iştirakçılarına burada ŞAR-ın əməkdaşı, a.f.d. Orxan Xəlilov tərəfindən teleskopun tarixi, onun iş prinsipi, teleskopda aparılan elmi tədqiqat işlərinin nəticələri barədə geniş məlumat verilib.

Daha sonra ŞAR-ın elmi işçisi Səbahəddin Alışovun müşayətilə düşərgə iştirakçıları rəsədxananın 70 santimetrlik teleskopunda gecə müşahihədisində olublar.

Teleskopla planetlərin müşahidəsindən sonra kamp ərazisinə qayıdan festival iştirakçıları ilə müxtəlif əyləncəli oyunlar təşkil edilib. Tonqalın ətrafında canlı musiqi dinlənilib, geniş elmi müzakirələr aparılıb.

Sonda festival iştirakçıları, onlar üçün yaradılan şəraitə görə Şamaxı Astrofizika Rəsədxanasının direktoru, müxbir üzv Namiq Cəlilova öz təşəkkürünü bildirib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !