ŞƏMKİR, TOVUZ VƏ AĞSTAFADA YENİ MƏNTƏQƏLƏR QAZLAŞDIRILDI - (+FOTO=2)

ŞƏMKİR, TOVUZ VƏ AĞSTAFADA YENİ MƏNTƏQƏLƏR QAZLAŞDIRILDI (+FOTO=2)

 AZpress.AZ xəbər verir ki, Şəmkir rayonunun Qaracəmirli kəndində yeni salınmış yaşayış massivi bu gündən təbii qazla təmin olunub. Bir pilləli sistem əsasında müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, paylayıcı qaz xətti çəkilərək 59 fərdi yaşayış evinə qaz tənzimləyicisi və qaz sayğacı quraşdırılıb.

Bununla da Şəmkir rayonu Qaracəmirli kəndində təbii qaz alan abonentlərin sayı 1261-ə çatıb.

Ümumilikdə Şəmkir rayonundakı yaşayış məntəqələri üzrə qazlaşma səviyyəsi 89,4%, əhali üzrə isə 98,6% təşkil edir. Bu gün həmçinin Şəmkir Regional Qaz İstismar İdarəsinin (RQİİ) xidməti ərazisinə daxil olan Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 71, Ağstafa şəhəri 33-cü məhəllədə isə 20 fərdi yaşayış evinə qaz verilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !