Abşeronda tələbə adını qazanan abituriyentlərlə görüş keçirildi - (+FOTO=8)

Abşeronda tələbə adını qazanan abituriyentlərlə görüş keçirildi (+FOTO=8)

 AZpress.AZ xəbər verir ki, Abşeron rayon ümumtəhsil məktəbləri üzrə 2018-2019-cu dərs ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərlə görüş keçirilib. Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, məktəb drektorları və valideynlər iştirak edib.

Azərbaycan himninin oxunması ilə başlayan tədbirdə İ.Gülməmmədova çıxış edərək ali məktəblərə daxil olan məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Abşeronda təhsilin gəstəricilərinin günü-gündən yaxşılaşdığını vurğulayan başçı qeyd edib ki, dövlətin siyasətində təhsilin inkişafı önəmli yer tutur. Bildirilib ki, 2018-2019-cu dərs ilinin nəticələrinə əsasən rayonun ümumtəhsil məktəbləri üzrə 183 nəfər məzun 500-600 arası bal, 61 məzunumuz isə 600-dən yuxarı bal toplayıb. Eyni zamanda 2 şagird ümumitəhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl medulla təltif olunub.

Bundan sonra digər çıxışçılar da rayonda təhsilə göstərilən qayğıdan, yaradılan şəraitdən və əldə edilən uğurlardan danışaraq ali məktəbə daxil olan məktəbliləri təbrik ediblər. Qeyd edilib ki, son illərdə ölkəmizdə istedadlı gənc nəslin yetişməsində, savadlı kadrların formalaşmasında Abşeron təhsili də öz töhvəsini verir. Bu sahədə rayonun geniş miqyaslı pedaqoji kollektivinin böyük rolu vardır.

Sonra Rayon İcra Hakimiyyəti adından fəaliyyətində fərqlənən təhsil işçilərinə Fəxri Fərmanlar və eləcə də tələbə adını qazanan abituriyentlərə qiymətli hədiyyələr təqdim olunub.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !