WhatsApp dan dörd yeni funksiya -

“WhatsApp”dan dörd yeni funksiya

“Facebook” şirkətinə daxil olan və 1,5 milyarddan çox istifadəçiyə malik populyar mesajlaşma tətbiqi “WhatsApp” platformaya dörd yeni funksiyasını əlavə edib.

Gəlin, “WhatsApp”ın yeni funksiyalarına yaxından baxaq…

1. Barmaq izi təhlükəsizliyi – “WhatsApp”uzun müddətdir gözlənilən barmaq izi klidini nəhayət istifadəyə verib. Yeni funksiya istifadəçilərin mesajlarını təhlükəsizlik altına alır. Barmaq izi funksiyasının aktiv edilməsi ilə tətbiqə barmaq izi oxutmadan daxil olmaq olmur. Barmaq izinin çalışmadığı vəziyyətlərdə isə öncəsində təyin olunan şifrə ilə tətbiqə daxil olunur.

2. Səs yazıları avtomotik oynadılacaq. “WhatsApp”ın yeni funksiyası ilə artıq səsli mesajlar ard-arda avtomotik oynadılacaq. Platforma bu günə qədər səsli mesajları manuel olaraq oynadırdı.

3. “Facebook” etiketi: “Facebook”a daxil olan “WhatsApp”a “Facebook” etiketi əlavə edilir. Artıq platformanın tənzimləmələr bölümündə “WhatsApp”dan “Facebook” etiketi olacaq.

4. Tez -tez göndərilən mesajlar etiketi: “WhatsApp”ın bir başqa funksiyası isə tez-tez göndərilən mesajlar etiketidir. Yeni funksiya ilə tez-tez göndərilən mesajlar etiketlənəcək. Platforma bu funksiya ilə sosial mediada sürətlə yayılan saxta kontentin qarşısına keçməyi hədəfləyir. Artıq göndərilən mesajlarda yeni etiket olacaq və əlaqəli mesajın bir çox insana çatdığı məlum olacaq. Bununla istifadəçilər özlərinə gələn mesajın özəl olmadığını daha asan anlayacaq. (facemark.az)
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !