İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində növbəti səyyar qəbul keçirdi -

İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində növbəti səyyar qəbul keçirdi

 Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
Ölkədə, eləcə də Abşeron rayonunda həyata keçirilən quruculuq, abadlıq işlərindən danışan İ.Gülməmmədova kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini və bunun artıq ənənə hal aldığını vurğulayıb. Bu görüşlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunduğunu vurğulayan başçı əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdən söz açıb. Abşeron rayonunun bütün kənd və qəsəbələrində olduğu kimi Aşağı Güzdək qəsəbəsində əhalinin surətlə artdığının bə bunun da nəticəsində qəsəbədə kommunal xidmətlərin tam şəkildə göstərilməsi üçün bəzi çatışmamazlıqların yarandığını, lakin onların da aradan qaldırılması istiqamətində əməli tədbirlərin görüldüyünü önə çəkən İ.Gülməmmədova yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını bildirib.
Sonra Abşeron RİH başçısının Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Şükürovun və qəsəbə bələdiyyəsinin sədri Mahuzər Şirəliyevanın hesabat xarakterli məruzəsi dinlənilib.
Daha sonra çıxış edən qəsəbə sakinləri əsasən telefon xəttlərinin çəkilməsi, yeni marşrut xətlərinin yaradılması və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər. İştirakçılartərəfindənirəlisürülənmüraciət, təklifvəşikayətlərinbirqismiyerindəcəhəlledilib, vaxtvəmaliyyətələbedənməsələlərinhəlliistiqamətindəisəlazimitapşırıqlarverilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !