Qadın və yaxud, kişi - hansımızın yaddaşı üstündür

Qadın və yaxud, kişi hansımızın yaddaşı üstündür

İsveçdə Karolina İnstitutunun alimləri qadınların yaddaşını kişilərin yaddaşı ilə müqayisə etmək məqsədilə araşdırma aparıblar.

Bu barədə "Daily Mail" yazır.

Mütəxəssislər 1973-2003-cü illərdə 1,2 milyondan çox insan arasında aparılan 600-dən artıq tədqiqatın nəticələrini incələdikdən sonra belə qənaətə gəliblər ki, qadınlarda epizodik yaddaş daha yaxşı inkişaf edir.

Bu səbəbdən onlar öz həyatlarında baş verən hadisələrin xırdalıqlarını, məsələn, danışıq əsnasında deyilənləri daha yaxşı yadda saxlayır, yaxud ötən həftə müəyyən vaxtda nə baş verdiyini daha tez yada sala bilirlər.

Bundan başqa, qadınların göz vəsensor yaddaşı daha güclüdür, ona görə də onlar insanların üzlərini daha yaxşı yadda saxlayır, müxtəlif qoxuları daha yaxşıayırd edə bilirlər.

Bununla yanaşı, alimlərin sözlərinə əsasən, kişilərin də bəzi üstünlükləri var. Onlar məkanla bağlı məlumatları daha asan yadda saxlayırlar. Bu səbəbdən, məsələn, onlar üçün avtomobili parkinq etdikləri yeri tapmaq daha asandır.

Alimlər onu da vurğulayır ki, epizodik yaddaş yaddaşın ən həssas növlərindən olduğu üçün yuxusuzluq, stress və qocalma kimi mənfi amillərin təsirinə daha meyillidir.(oxu.az) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !