Region gənclərindən könüllülük hərəkatına ilk addım layihəsinin icrasına başlanılmışdır -

“Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasına başlanılmışdır

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasına başlamışdır. Layihənin icrasına 01.09.2019-cu il tarixdən başlanır və 3 ay davam edəcəkdir. Layihə Zərdab və Ucar şəhərlərində həyata kəçiriləcək.
Layihənin məqsədi region və kəndli gənclər könüllülük və ictimai fəaliyyətə cəlb etməklə onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir. Belə ki,  sosial çarxlar və geniş məlumatlandırma fəaliyyəti ilə region və kəndli gənclər könüllülük və ictimai fəaliyyətə və onlar hazırlanmış fəaliyyət planına müvafiq olaraq müxtəlif tədbirlərə cəlb olunacaqlar. Gənclər offline və online qaydada qeydiyyatdan keçərək könüllü olacaqlar. Könüllülər üçün "Film saatı", "Əyləncəli və intellektual oyunlar və müsabiqələr" təşkil olunacaqdır.
Layihə nəticəsində gənclərdə təşəbbüskarlıq vərdişləri yaranacaq, müxtəlif tədbirlərdə iştirak etməklə ictimai fəaliyyətləri yüksələcək, bilik və bacarıqları inkişaf edəcək, layihə iştirakçıları olan gənclər ünsiyyət bacarığı, birgə-qrup halında iş öyrənəcəklər, bundan əlavə irəli sürülən aktual mövzular istiqamətində biliklər əldə edəcəklər, təqdimat bacarıqlarını öyrənəcəklər, özünün təqdim, görülən işlərin təqdim etmək vərdişləri əldə edəcəklər, onlarda ictimai fəallığa mane ola biləcək psixoloji kompleks aradan qalxacaq, sosiallaşma bacarığı inkişaf edəcək, ictimai fəal gənclərə cevriləcəklər ki, bu da onların gələcək uğurlarının təməli olacaqdır.
“Gəncliyə dəstək” İctimai Birliyi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !