Vətən sərhəddən başlayır -

Vətən sərhəddən başlayır

"AtaBank" ASC-nin ölkəmizin şimal sərhədində yerləşən “Samur” şöbəsi 24/7
rejimində fəaliyyət göstərməyə başlayıb. Samur sərhəd-keçid məntəqəsinin
yaxınlığında yerləşən şöbədə həm fiziki, həm də hüquqi şəxslər bütün bank
xidmətlərindən yararlana bilər. Strateji əhəmiyyət daşıyan bu şöbə müştərilərə
həftənin 7 günü, günün 24 saatı valyuta mübadiləsi, pul köçürmələri, cari və əmanət
hesablarının açılması, kommunal və büdcə ödənişləri kimi bank xidmətləri təklif edir.
Bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov xəbərlə
bağlı qeyd edib ki, şöbənin fasiləsiz iş rejiminə keçməsi bu ərazidəki sakinlərə və
ölkənin qonaqlarına rahat şəkildə bank xidmətlərini göstərmək məqsədi daşıyır.
AtaBank ölkəmizə qonaq gələn və ölkəmizdən xaricə gedən həmvətənlərimizi
uzağa getmədən, əlavə vaxt sərf etmədən bank xidmətlərini sürətli və rahat
aparmaq üçün “Samur” şöbəsinə dəvət edir.
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan
bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi
müştərilərə tam xidmətlər spektrini təqdim edir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !