Çin Xalq Respublikası Fizika Universitetində qonaq olub - + FOTO=5

Çin Xalq Respublikası Fizika Universitetində qonaq olub + FOTO=5

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Çin
Elmlər Akademiyası Fizika İnstitutunun Məsləhət Şurasının sədri, akademik
Enge Vanq, Çin Elmlər Akademiyası Fizika İnstitutunun direktor müavini,
professor Ya Ven, Çin Elmlər Akademiyası Fizika və Kimya üzrə Sincan texniki
institutunun direktor müavini, professor Hacı Əkbər Aişa və digərləri qonaq
olublar. Qonaqlar əvvəlcə İnstitutun direktoru akademik Nazim Məmmədovla
görüşüblər. Görüşdə AMEA Rəyasət Heyətinin Beynəlxalq əlaqələr idarəsinin
rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İnstitutun İnnovasiya və
transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Ayaz
Bayramov, laboratoriya rəhbəri, fizika üzrə elmlər doktoru Elçin Cəfərov iştirak
edib. N.Məmmədov AMEA Fizika İnstitutunun fəaliyyəti, elmi nəticələri
haqqinda məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib. Akademik
Enge Vanq bildirib ki, Fizika İnstitutuna səfər etməkdə məqsəd İnstitutun
fəaliyyəti ilə tanış olmaq, gələcək əməkdaşlıq perspektivlərini müzakirə
etməkdir.

Sonda qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan
müasir maddi-texniki baza ilə tanış olublar. AMEA Fizika İnstitutunun alimləri
burada aparılan tədqiqat işləri haqqında məlumat veriblər.
Çinli alimlərdən ibarət nümayəndə heyəti həm də Azərbaycan
Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi nəzdində
Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və Azərbaycan Tibb
Universitetini də ziyarət ediblər, Mərkəzin direktoru professor Sevda
Abdullayeva və Universitetin prorektoru Orxan İsayevlə görüşüblər, hər iki
təşkilatda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar və yaxın gələcəkdə sıx
əməkdaşlıq yaradılması məsələlərini müzakirə ediblər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !