Azərbaycan Sahibkarlar Konfederasiyası daha bir əməkdaşlıq memorandumu imzalayıb - + FOTO=4

Azərbaycan Sahibkarlar Konfederasiyası daha bir əməkdaşlıq memorandumu imzalayıb + FOTO=4

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Şimali Osetiya-
Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında əməkdaşlıq
memorandumu imzalanıb. Memorandumu ASK adından vitse-prezident
Vüqar Zeynalov və Şimali Osetiya-Alaniya Respublikasının Ticarət
Sənaye Palatasının prezidenti Kazbek Xazbiyeviç Tuqanov rəsmiləşdirib.
Qeyd edək ki, hazırda Şimali Osetiya-Alaniya Respublikasının
Ticarət Sənaye Palatasının bir qrup üzvü Azərbaycanda biznes
səfərindədirlər. Səfər çərçivəsində ASK-da görüş keçirən qonaqlar
Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
K.Tuqanovun sözlərinə görə, Osetiya sahibkarlarının əməkdaşlıq
etmək istədikləri ölkələr sırasında Azərbaycan öndədir: “Azərbaycan
bizim qonşumuzdur və mental olaraq bir-birimizi tanıyırıq”.
ASK ilə birgə işbirliyinə böyük önəm verdiklərini vurğulayan
K.Tuqayev işgüzar əlaqələrin genişlənməsi üçün böyük potensial
olduğunu söyləyib.
Görüşdə Şimali Osetiya-Alaniya Respublikasının sahibkarları öz
məhsullarının qısa təqdimatını keçiriblər və azərbaycanlı həmkarları ilə
danışıqlardan razı qaldıqlarını bildiriblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !