Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən layihə təqdim olunub - + FOTO=3

Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən layihə təqdim olunub + FOTO=3

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM)
hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri çərçivəsində hazırlanmış
növbəti layihəsinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd
edib ki, SETM müharibə şəraitində olan ölkəmiz üçün böyük əhəmiyyətə malik elmi-
tədqiqat işlərinin hazırlanması, yeni və mövcud layihələrin davam etdirilməsi, eləcə
də yekun nümunənin sınaqdan keçirilməsini uğurla davam etdirir.
AMEA prezidenti Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində ölkə
rəhbərliyi tərəfindən aparılan siyasətin, eyni zamanda çoxsaylı tədbirlərin davamı
olaraq Akademiya tərəfindən həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-
tədqiqat işləri üzrə layihələrin genişləndirilməsi və inkişaf etdirilməsinin olduqca
aktual olduğunu diqqətə çatdırıb.
Akademik A.Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq sərəncamı ilə artıq üç ildir ki, fəaliyyət göstərən AMEA Yüksək
Texnologiyalar Parkında bir sıra mühüm elmi-praktiki nailiyyətlərin əldə olunduğunu,
innovativ tədbirlərin həyata keçirildiyini bildirib. AMEA rəhbəri vurğulayıb ki, əsas
məqsəd büdcədənkənar vəsait hesabına fundamental elmi istiqamətlərdə yeni
layihələrə sərmayə yatırılması, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsidir.
Mövcud və perspektiv elmi tədqiqat işləri barədə məlumat verən SETM-in
rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev bildirib ki, hazırda SETM
və AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı”
MMC tərəfindən müvafiq dövlət qurumları ilə birgə layihələr çərçivəsində işlər
görülür. O, həmçinin layihələrin həyata keçirilməsində Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Hərbi Akademiyasının xüsusi xidmətləri olduğunu vurğulayıb.
F.Abdullayev öz çıxışında qeyd edib ki, SETM-in əsas məqsədi və fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsi zamanı AMEA-nın aidiyyəti elmi müəssisə və
təşkilatlarının, xüsusilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin
mütəxəssislərinin layihələrə cəlb edilməsi, bu sahədə elmi tədqiqat, texnoloji, layihə-

konstruktor, texniki istehsal hazırlığı, sınaq laboratoriyalarını özündə birləşdirən
sistemin yaradılması olduqca əhəmiyyətlidir.
SETM rəhbəri diqqətə çatdırıb ki, ilin sonunadək daha bir neçə layihənin
təqdim olunması nəzərdə tutulur.
Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının
səlahiyyətli nümayəndəsi, polkovnik Arif Həsənov və SETM rəhbərinin müavini, fizika
üzrə fəlsəfə doktoru Samir Süleymanov təqdim olunan hərbi məmulatın texniki
parametrləri və potensial döyüş şəraitində istismarı barədə ətraflı məlumat veriblər.
Polkovnik A.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq
haqqında Sazişə əsasən, 2019-cu il mayın 1-dən 3-dək “Mustafa Kamal Atatürk-
2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərdə, həmçinin Azərbaycan
Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərində SETM-in hərbi
məmulatlarının nümayiş olunduğunu deyib. O, bildirib ki, maksimal distansiya,
mürəkkəb relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda
keçirilən döyüş atışlı təlimlərdə SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji
əhəmiyyət kəsb edən layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır
nümunələri qarşıya qoyulmuş tələblərə tam cavab verib və onların texniki
parametrlərinə görə potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı
yüksək nəticələr əldə edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə
əsasən, SETM-in layihələrinin hazır nümunələrinin Azərbaycan Ordusunda tətbiqi və
istifadəsi məqsədəuyğun hesab olunub.
Sonda yeni avadanlığın texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı
suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !