NƏ BAŞ VERİR - - Şirinxanım Kərimbəyli ŞADİMAN

NƏ BAŞ VERİR - Şirinxanım Kərimbəyli ŞADİMAN

 NƏ  BAŞ  VERİR 

                                                               

Nə baş verir, ey Yaradan,                
Yalan qonub söz üstünə.
Bədənində canı dadan
Günah yığır öz üstünə.


Gecələrdən gündüz doğan,      
Göylərindən nuru yağan,
Günbatanı öc gündoğan,
Günəş çıxır köz üstünə.


Dünya keçib var-yoxundan,
Yox ümidi bir çoxundan,
Qorxuram çıxa oxundan,
Çöküb qala diz üstünə.


Ağrı-acı içə təkan,                            
Yıxmaq üçün gəzir imkan,
Tanımayır heç bir məkan,
Nəm yüklənir göz üstünə.


Yalan dini üstələyir,
Dilə qonub üst eləyir,
Düşünəni süst eləyir,
Qan tökülür iz üstünə.


Fələk də baş çıxartmayır,
Hamı özün haqlı sayır,
Çox içləri basır çayır,
Şər tökülür düz üstünə.


Ey Şadiman, qələm donur,
Hər qəm üstə misra qonur,
Ürəyini hicran yonur,
Düşüb qalır buz üstünə...

 

23.07.2019
Şirinxanım Kərimbəyli ŞADİMAN  

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !