Bank BTB–nin Promo filialı yeni ünvanda - (+FOTO=1)

Bank BTB–nin “Promo” filialı yeni ünvanda (+FOTO=1)

 AZpress.AZ xəbər verir ki, Bank BTB müştərilərə daha yaxın olmaq və xidmət səviyyəsini yüksəltmək məqsədilə filial şəbəkəsini optimallaşdırır. Qeyd edək ki, yeni korporativ üslubda təmir olunmuş “Promo” filialı Səməd Vurğun küçəsi 174 (Tibb Universiteti ilə üzbəüz) ünvanında fəaliyyətini davam etdirir.
“Promo” filialı müştərilərə kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərir. Filialın iş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir.

İdarə Heyətinin Sədr müavini Rüfət Abbasov bildirib ki: “Bank BTB filial şəbəkəsinin genişləndirilməsini və müasirləşdirilməsini sistemli şəkildə həyata keçirir. Müştərilərin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunması üçün xidmət şəbəkələrimizi müasir bankçılığın tələblərinə cavab verən avadanlıqla və vahid korporativ interyer dizayn elementlərilə təmin edirik. Qeyd edək ki, müştərilərin istək və tələbləri zamana uyğun olaraq dəyişir, müasirləşir və inkişaf edir. Bizim məqsədimiz onlar üçün ən yüksək xidmət səviyyəsini təmin etməkdir.”

Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın Baş Ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 14 filialı, 3 şöbəsi var.

Bank “BTB” ASC–nin təqdim etdiyi bütün məhsul və xidmətlər, filial şəbəkələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !