Abşeronda yeni mebel istehsalı müəssisəsinin açılışı oldu - + FOTO=10

Abşeronda yeni mebel istehsalı müəssisəsinin açılışı oldu + FOTO=10

Bu gün Abşeron rayonunun Xırdalan şəhərində yeni inşa edilən mebel istehsalı
müəssisəsinin açılışı olub. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
İradə Gülməmmədova, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Mebel
İstehsalçıları Assosiasiyasının nümayəndələri, sahibkarlar iştirak edib.
Bildirilib ki, “CASPİAN DESİGN FURNİTURE” şirkəti tərəfindən yerli
investisiyalar hesabına qurulan müəssisənin inşasına 2019-cu ilin yanvar ayında
başlanılıb. Ümumi ərazisi 2.5 hektar, istehsal sahəsi 1200 kv.metr, anbar 1200
kv.metr, köməkçi sahəsi isə 400 kv.metr təşkil edir. (Tikililərin ümumi sahəsi 2600
kv.metr) Avadanlıqlar İtaliya və Türkiyə Respublikasından gətirilib. Ümumilikdə 3
milyon manata yaxın investisiya qoyulub. Müəssisədə hazırda 30 nəfər işlə təmin
olunub. Ümumilikdə isə 100 nəfərə yaxın işçinin işlə təmin olunması və il ərzində
təxminən 1200 dəst müxtəlif növ mebel istehsalı nəzərdə tutulur.
Tədbirdə çıxış edən Abşeron RİH başçısı İ.Gülməmmədova rayonda sahibkarlara
yaradılan şəraitdən danışıb. Rayon əhalisinin sayının 500 mini ötdüyünü
vurğulayan başçı yerli sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə çox mühüm
layihələr həyata keçirildiyini bildirib. Ötən il respublika üzrə Abşeron rayonunun
investisiya qoyuluşuna görə birinci yerdə qərarlaşdığını deyən
İ.Gülməmmədovanın sözlərinə görə, son 7 il ərzində rayon dotasiya almadan özü-
özünü maliyyələşdirib.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət
başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas
prioritetlərindən olan qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər,
aparılan sistemli islahatlar barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik
və orta biznesin inkişafına dövlətin dəstək mexanizmlərini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən sahibkarlar əlverişli biznes və investisiya mühitini
vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılmış şəraitə görə dövlət başçısına
minnətdarlıq ediblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !