Bizim fəaliyyətimiz Qanunla tənzimlənır -

Bizim fəaliyyətimiz Qanunla tənzimlənır

Son vaxtlar rastlaşdığım neqativ hallar məni bu müraciəti etməyə məcbur etdi. Hər kəs üçün açıq şəkildə
bəyan edirəm, mənim rəhbərlik etdiyim Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı ictimai birliyin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına və
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
qanununa uyğun tənzimlənir.

Təşkilatımızın məqsədi: - İşğal Olunmuş Ərazilərdəki Azərbaycanın Məndəni dəyərlərinin qorunması,
müdafiə edilməsi və eləcədə Azərbaycanın Mədəni dəyərlərinin məhvinə yönəlmiş antihumanist
hərəkətləri ifşa etməkdir.
Təşkilatımızın əsas fəaliyyət istiqaməti (missiyası): - Azərbaycanın İşğal Olunmuş Ərazilərininin tarixinin
və mədəniyyətinin o cümlədən Azərbaycanın Maddi və Mədəni Dəyərlərinin qorunmasına, mühavizəsinə
və təbliğinə yardımçı olmaqdan ibarətdır.
Daimi tərəfdaşlarımız: Azərbaycanın Mədəniyyət Nazirliyi, AMEA hüquq və İnsan Haqlqrı İnstitu və
Azərbaycan Memarlar İttifaqıdır.
Gündəlik fəaliyyətimizi, 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix
və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s saylı “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların
qiymətləndirilməsi” barədə sərəncamına, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması
haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına və 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı
münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal
edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul etdiyi sənədlərə və digər normativ
aktlara uyğun həyata keçiririk.
Bildiyiniz kimi Ermənistan, işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz
mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki
hüququndan zorakı surətdə təcrid edir.

Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə Ermənistanın qeyri-
qanuni iddiası, 1992-ci ildə işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq istəyinə haqq
qazandırmaqdır. Məhz buna görə də Ermənistan işğal altında saxladıgı Azərbaycan ərazilərində müxtəlif
əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni
irs nümunələrini dağıtmaq, yox etmək kimi qeyri-qanuni fəaliyyət həyata keçirir.
Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasəti nəticəsində 10 mindən çox yer adlarını,
daşınmaz tarix və mədəniyyət abidələrinin adlarını və yüzlərlə toponimləri dəyişdirərək erməni adları ilə
əvəz ediblər.
Ermənistan işğal altında saxladıgı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və
şəhərlərin xarabalıqlarında çoxlu sayda erməni kilsələri inşa edib. Eləcədə, Azərbaycanın işğal altındakı
bütün ərazilərində yüzlərlə erməni xaç nişanları quraşdırılıb, tanınmış terrorçuların xatirəsinə momerial
komplekslər tikirlər.
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların sırasına sənəd
abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar,
əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalmışdır. O cümlədən, 2645 tarix və mədəniyyət
abidəsini, o cümlədən 1814 memarlıq abidəsinin, 747 arxeoloji abidənin, 64 bağ-park monumental və
xatirə abidələri, 23 muzey, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6
milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi
kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə,
kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, Ermənistan Respublikasının silahlı təcavüzü
nəticəsində dağıdılmış, məhv edilmiş və ya mənimsənilmişdir.
İşğal altında qalan mədəni irsimiz barədə məlumatlar əldə etmək üçün, apardığımız çoxsaylı tədqiqtların
nəticələrini mütəmadi olaraq Azərbaycanın Mətbuat və İnformasiya orqanlarına yönəldirik. Bizim
fəaliyyətimiz könüllüdür və verdiyimiz məlumatlara görə qonqrqr və bu tipli digər ödənişlər tələb
etmirik. Halbuki aldığımız məlumatların bir çoxu bizə böyük xərclər bahasına başa gəlir.
Bu qədər zəhmətimizin qarşılığında bir çox informasiya orqanlarının bizim fəaliyyətimizə göstərdikləri
hörmətsizlik, bir çoxlarının isə nümayiş etdirmələri laqeyidlik təşkilatımızın hər bir üzvündə dərin təəsüh
doğurur. Biz fəaliyyətimizlə gəlir əldə etmirik. Məhz buna görə də umacaqlı görünən bəzi mətbuu
orqanlara ödəniş etmək gücündə də deyilik.
Əziz jurnalist dostlar, 27 il işğal altında qalan Qarabağ, hər birimizin vətənidir. Bu ərazi hər gün
erməniləşir, yadlaşır və hər gün bir addım bizdən uzaqlaşır. Hansısa Şomenlərin, lotuların təbliği
Qarabağın mədəni irsinin təbliğindən üstün olmamalıdır. Bizə bu müqəddəs yolda kömək edin, arxa
durun, arxa durun ki, Azərbaycanın ərazi bütövlüyünün bərpas uğurundakı bu ideoloji mübarizədə sizin
də payınız olsun. Əgər bunu bacarmırsınızsa onda heç olmasa məlumatlarımızı mənimsəməyin, bizə
qarşı aqressiv olmayın.

Faiq İSMAYILOV 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !