Ağcabədi rayon Kürdlər kəndində səyyar qəbul-görüş keçirilmişdir + FOTO=17
Bu xəbəri paylaş
AZpress.AZ –xəbər verir ki, 4 sentyabr 2019-cu il tarixdə Ağcabədi rayon Kürdlər kəndində
səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq
mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Ağcabədi
Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov sakinləri salamlayaraq 30 aprel 2019-cu il
tarixdə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini bildirmiş, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri barədə, Strateji Yol xəritələrində 2016-2018-ci
illər ərzində görülmüş işlər və 2019-2020-ci illər ərzində görüləcək işlər barədə, qaz limitinin 1700
m3-dən 2200 m3-dək artırılması barədə əhaliyə məlumat vermişdir. Eyni zamanda respublikamızda
qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial
problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran
vəzifələrdən ətraflı danışmışdır. Keçirilən görüşdə çıxış edən sakinlər son illərdə Ağcabədi
rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən
davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.Qəbulda kənd sakinlərinin su
təchizatı, sosial müdafiə, məşğulluq məsələləri, yol, kənd təsərrüfatı, torpaq məsələləri ilə bağlı
təkliflərinin hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verildi, qaldırılmış bir sıra
məsələlər elə qəbul zamanı öz həllini tapdı.
Bu xəbəri paylaş

ç ə k i l i ş i və M E D İ A DƏSTƏYİ
www.azpress.az
















