Xoşbəxtliyi harada axtarmaq olar?- - Təranə Məmmədova məsləhət görür

Xoşbəxtliyi harada axtarmaq olar?- Təranə Məmmədova məsləhət görür

✅Xoşbəxtlik- ayaqlarınızı hiss edərək küçədə rahat gəzməkdir.
✅Xoşbəxtlik- nəfəs ala bilməkdir. Ağrısız, öskürəksiz, ciyərlərinizi hiss edərək sərbəst nəfəs ala bilməkdir.
✅Xoşbəxtlik- istədiyiniz əşyaya əllərinizlə toxuna bilməkdir. Yağışın soyuq damcılarını tutmaq, yoldaşınızla əl-ələ gəzmək, küçədə gördüyünüz pişiyi sığallamaqdır.
✅Xoşbəxtlik- sevdiklərinizi görə bilməkdir. Dünyaya, günəşə, güllərə və təbiətə baxmaqdır.
✅Xoşbəxtlik-öz bədəninizi idarə edə bilməkdir. Oynamaq, fırlanmaq, qucaqlamaq, yerə dağıtmadan su içməkdir.
✅Xoşbəxtlik-bu qədər xoşbəxt olma səbəbini dərk etməkdir. Keçmişi və gələcəyi düşünmədən anı yaşamaqdır.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !