ADPU-da tanınmış pedaqoq Məhəmmədov Məhəmmədiyyə Həşim oğlu ilə görüş keçirilmişdir - + FOTO=54 ( AZpress.AZ R.İsmayılov )

ADPU-da tanınmış pedaqoq Məhəmmədov Məhəmmədiyyə Həşim oğlu ilə görüş keçirilmişdir + FOTO=54 ( AZpress.AZ R.İsmayılov )

Bu gün 03.09.2019-cu il tarixdə ADPU-da tanınmış pedaqoq Məhəmmədov Məhəmmədiyyə Həşim oğlu ilə görüş keçirilmişdir. 85 illik ömür yolu keçmiş M.Məhəmmədiyyə düz 57 il pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Tədbirdə universitetin rektoru C.Cəfərov, tədris işləri üzrə prorektor E. Aslanov , universitetin müəllim kollektivi və səbəbkarın ailə üzvləri iştirak etmişlər.

Rektor görüşün-səbəbkarın nəvəsi Sevda Kamranın universitet rəhbərliyinə ünvanladığı məktubun nəticəsi olaraq keçirildiyini, bu tədbirin böyük ictimai hadisə olduğunu, müəllim adına verilən dəyərin artırılması üçün təkan olduğunu diqqətə çatdırıb , daha sonra çıxışına və həmin müraciətdən bir hissəni oxumaqla davam edib.

Məlum olub ki, elm fədaisi Məhəmmədov Məhəmmədiyyə 19 yaşındaykən onu və qardaşını " 2 illik Şəki Pedaqoji Texnikomuna" təhsil almaq üçün aparan, müharibədən əlil kimi dönmüş, ölkənin ilk müəllimlərindən olan atasını (avtomobil qəzası keçirirlər) itirir, lakin 2 illik təhsilini başa çatdırır və pedoqoji fəaliyyətə başlayır. Daha sonra ADPU-nun "Riyaziyyat" fakültəsinə qəbul olur. Onsuz da ağır olan alın yazısı bu dəfə də onu rahat buraxmır, həyat çətinlikləri səbəbi ilə təhsilini yarımçıq saxlamlı olur. ADPU-dan məzun olmaq arzusu isə hər zaman onun ürəyində qalsa da , beş övladının ali təhsil almasına nail olur. İki övladı və nəvəsi Sevda Kamran məhz ADPU-dan məzun olurlar.

Nəvəsi Sevda Kamran məzun olub diplomunu babasına təqdim edərkən " Oğul balam, sən çox xoşbəxtsən ki, ADPU-dan məzun oldun və bu ali təhsil ocağının diplomunu əlində tutursan " deyərək sanki illərlə ürəyində "dəfn etdiyi" ən böyük arzusunu və sirrini dilə gətirmiş olur.

Bəlkə də heç bir zaman təkrar Pedoqoji Universitetin pillələri ilə çıxacağını düşünməyən M. Məhəmmədiyyə bu gün təhsilə, müəllim adına hörmət edən , əsl insani keyfiyyətlərə malik olan insanlar-rektor, prorektorlar, müəllim heyəti və nəvəsi Sevda Kamran vasitəçiliyi ilə qocaman təhsil ocağında təntənəli şəkildə qarşılandı.

Tədbir zamanı bir neçə dəfə gözləri dolan Məhəmmədov Məhəmmədiyyə hər kəsə öz dərin minnətdarlığını bildirdi.

Ailə üzvləri və məktubun müəllifi çıxışlar etdilər. Sevda Kamran babasını bütün təbiət hadisələrinə sinə gərən qocaman çinar ağacına bənzədərək, onunla qürur duyduğunu, bütün məhrumiyyətlərə rəğmən günəşə doğru ucalan, sınmayan, öz kölgəsinə ailəsini, nəvə və nəticələrini toplayan , müəllim işığı ilə neçə-neçə yolu aydınladan babası ilə fəxr etdiyini göz yaşları ilə dilə gətirdi.

Tədbirdə səbəbkara Fəxri Fərman, gül dəstələri təqdim edildi, xatirə şəkilləri çəkildi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !