Könüllü gömrükçü lərə İlk tibbi yardım üzrə təlim  keçirilib - + FOTO=7

“Könüllü gömrükçü”lərə “İlk tibbi yardım” üzrə təlim  keçirilib + FOTO=7

Sentyabrın 6-da Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə
Avropa Regional Ofisində “Könüllü gömrükçü”lərə “İlk tibbi yardım” üzrə təlim
keçirilib. Təlimin keçirilməsində məqsəd “Könüllü gömrükçülərə” bədbəxt hadisələr
zamanı insanların həyatını xilas etmək üçün həkimə  qədər mülki şəxslərin necə
yardım edilməsini göstərmək, onların bu sahədəki bilik və bacarıqları artırmaq olub.
Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Sosial İnnovasiyalar və Analitik
Təhlil İdarəsinin rəisi  Vüqar Əliyev bildirib ki, gənclərin potensialından daha
səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq,
onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və inkişaf
etdirmək məqsədi ilə Komitə sədri tərəfindən “Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin (DGK) sistemində könüllülük hərakatının inkişafı ilə bağlı
tədbirlər haqqında” Sərəncam imzalanıb. İdarə rəisi  qeyd edib ki, Prezident İlham
Əliyevin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi
əhəmiyyətini rəhbər tutaraq, DGK-də yaradılan  “Könüllü gömrükçü” dəstəsinə ilk
dəfə olaraq 131 nəfər könüllü qatılıb. Hazırda könüllü gömrükçülər DGK-nın
aidiyyəti üzrə struktur bölmələrində öz fəaliyyətlərini uğurla davam etdirirlər.
“Könüllü gömrükçü” dəstəsinin 9 üzvü Komitənin Tibbi Xidməti İdarəsində təcrübə
keçdiyini bildirən Vüqar Əliyev bugünkü təlimin   DGK-nın digər struktur
bölmələrində fəaliyyət göstərən könüllülərə də ilk tibbi yardım  göstərilməsinə dair
faydalı məlumatlar və praktiki biliklər qazandıracağını əminliyini ifadə edib.  İdarə
rəisi çıxışının sonunda təlimin təşkilində əməyi keçən DGK Tibbi Xidməti İdarəsinin
rəhbərliyinə təşəkkür edib, təlim iştirakçılarına isə uğurlar arzulayıb.
Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin rəis müavini Şahlar Mirqasım 
çıxışında Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım xidməti haqqında  ətraflı
məlumat verib. Şahlar Mirqasım  qeyd edib ki,   8 sentyabr Dünya İlk Tibbi Yardım
Günü münasibətilə təşkil edilən təlimə  Mərkəzi Gömrük Hospitalının Təcili Yardım
şöbəsinin və  “Up-to-date in medicine  Tibbi Konsaltinq” şirkətinin təcrübəli
həkimləri  cəlb olunub. Bildirilib ki, heç kəs bədbəxt hadisədən sığortalanmayıb və
hər birimiz zərərçəkənin yerində ola bilərik, gələcəkdə  qarşılaşdığınız hadisələrdə
seyrçi yox, yardımçı olmağa çalışmalıyıq.
Daha sonra təlim başlayıb.  Təlimçilər -Tibbi Xidmət İdarəsinin  Təcili Yardım
şöbəsinin həkimi Cavad Cabarov və “Up-to-date in medicine  Tibbi Konsaltinq”
şirkətinin layihə rəhbəri Nabil Seyidov  ilk tibbi yardım nədir, böyüklərdə ilk tibbi
yardım, yanıqlar və travmalar, qanaxmalar və şok haqqında məlumatlar veriblər.

İnteraktiv keçən təlimin sonunda “Könüllü gömrükçülər” öyrəndikləri bilikləri
təcrübədə tətbiq etmək imkanı əldə ediblər. Onları ilk tibbi yardımla bağlı
maraqlandıran bütün suallar təcrübəli həkimlər tərəfindən ətraflı cavablandırılıb.
Sonda “Könüllü gömrükçü”lərə sertifikatlar verilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !